DünyaSiyasət

İslam Respublikasının islahatçıları.

Fotoda görünənlərin əksəriyyəti sistemin ən azı xarici siyasət strategiyasının dəyişdirilməsində, hakimiyyətin güc strukturlarından alınıb mülki idarəyə verilməsində, ideoloji hərbi strukturların ləğv edilməsində israrlıdırlar.
İran İslam Respublikası ən azı 200 milyard dollar xərclədiyi proksi qüvvələr və inqilab ixracı qüvvələrinin dövlət idarəçiliyindən uzaqlaşdırılmasına qarşı şiddətlə müqavimət göstərirlər.
Son günlər Əli Laricani də daxil olmaqla bəzilərinin “qan-qan” deməsinə baxmayın – sistemdə kardinal dəyişiklik tərəfdarlarından biri məhz odur və yeni dini liderə qarşı ciddi müqavimət göstərir .

İran–ABŞ–İsrail savaşı məhz bu strateji üzərində qurulub.
Fanatik silahlı ünsürlər sistemli və ardıcıl şəkildə yox ediləcək.
Bəlli bir mərhələdə mülki qüvvələr təşəbbüsü ələ alacaq.

Sosial mediada savaşla bağlı xəbərlərin əksəriyyəti hər üç ölkədə daxili siyasi hesablaşmaların elementi olduğuna görə bütün tərəflər özlərinə sərf edən informasiyaların yayılmasında maraqlıdır

İslam Respublikasında həlledici anda meydana çıxacaq “adamlar” bu gün sağ saxlanılıb meydanda görünə bilən şəxslərdir.
Hazırda ən önəmli məsələ proksi qüvvələrin məhv edilməsi, onların nəzarətində olan infrastrukturun, sərmayənin, hərbi gücün və komandanlığın məhv edilməsidir və şəxsi heyətin yox edilməsi yada hərəkətdən məhrum edilməsidir .
Bu savaşın nəticəsindən asılı olmayaraq ABŞ-dakı administrasiyanın payızda ciddi problemləri olacaq; eyni şeyi İsraildəki hökumət üçün də gözləmək olar.
Savaşı müsəlman-din-xristian və s. müstəvidə hallandırmaq istəyənlərin hamısı birmənalı korporativ siyasi maraqlar güdür.

Savaş birmənalı olaraq tranzitlər savaşıdır və heç bir güc bu məqsədi dəyişdirə bilməz.

Çinin və Rusiyanın BMT qərarları qarşısındakı açıq-aşkar tərəddüdü də məhz bu nəticəyə görədir.
Gündəlik olayların gedişində baş verən hadisələr prosesin nə mahiyyətinə, nə də strategiyasına heç bir təsir edə bilməz.
Dünya neft bazarı ilə bağlı təlatümlü ssenarilər barədə deyilənlər qeyri-ciddidir, spekulyasiyadır.

 

Murad Sultanlı

Tacxeber.com

Oxşar xəbərlər

Rusiya sülhməramlılarının avtomobil karvanı Ermənistandan Xankəndiyə gedib – VİDEO

redaktor

Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəsi təyin edildi

redaktor

Rusiya ordusu döyüş mövqelərinə zəhərli bomba atıb – Ukrayna MN

redaktor