19 C
Bakı
27 Sentyabr 2026 23:46
HadisəMuharibə

İrandan Türkitə-İncirlik hərbi bazasına yönələn raket zərbəsi

Bu gecə Türkiyənin Adana vilayətinin səmasında növbəti raket vurulub.

Raketin İncirlik hərbi bazasına yönəldiyi şübhə doğurmur. Lakin Türkiyə hökuməti bu saata qədər hadisə haqqında məlumat yaymayıb. Səbəb bu ola bilər ki, əvvəlki iki hadisədən sonra Türkiyə Müdafiə Nazirliyi İrana xəbərdarlıq edərək cavab haqqı olduğunu bəyan etmişdi. İndi yenə eyni məzmunlu bəyanat vermək gülünc görünər və Türkiyənin çəkindirici gücünü şübhə altında qoyar.

İncirlikdə yerləşən hərbi baza (10-cu ana jet üs komutanlığı) yüzdə yüz Türkiyə Hava Qüvvələrinə məxsusdur. Sadəcə olaraq, NATO çərçivəsindəki razılaşmalara uyğun olaraq bu aviabazadan ABŞ və digər NATO ölkələri də istifadə edir.

Türkiyə Müdafiə Nazirliyi dünən sosial mediada “İncirlik bir Türk bazasıdır” yazısı ilə aviabazanın fotosunu paylaşmışdı. Yəni bu aviabazanı hədəf almaq açıq şəkildə Türkiyəni hədəf almaq deməkdir.

 

Şahin Cəfərli

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Rus terroru davam edir

redaktor

Biz niyəsə özümüzün dura-dura gedib qonşuya “yanlanmağı” xoşlayırıq

redaktor

“Biz bunu diqqətlə düşünəcəyik”: Putin Ukraynadakı müharibənin sülh yolu ilə həlli barədə

redaktor