10 C
Bakı
13 Mart 2026 15:23
DünyaSiyasət

ABŞ-nin məşhur gəmisi vurulub? – İrandan iddia

İran İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-yə məxsus təyyarədaşıyan gəmiyə zərbə endirildiyini iddia edib.

İran tərəfi cümə günü səhər saatlarında həyata keçirilən raket və pilotsuz uçuş aparatı hücumu nəticəsində “Abraham Lincoln (CVN-72)” təyyarədaşıyan gəmisinə ciddi ziyan dəydiyini açıqlayıb.

SEPAH-ın yaydığı bəyanatda bildirilir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi bölgədə keçirilən əməliyyatlar zamanı hədəfə alınıb. Lakin açıqlamada zərərin miqyası və mümkün itkilərlə bağlı ətraflı məlumat verilməyib.

Qeyd edək ki, məsələ ilə bağlı ABŞ tərəfi hələlik rəsmi açıqlama verməyib. (AzPolitika.info)

 

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyədə döyülən hakim karyerasını başa vurdu.

admin

Siyasi islamın ləğvinə start verilir

redaktor

Avropalı siyasətçilərə qadağa: Kiyevə gələndə bu rənglərdə…

redaktor