DünyaSiyasət

Yeni İran hakimiyyətinin mövqeyi tam aydınlaşdı…

Hələ də həkimlərdə müalicə olunduğu deyilən, İranın yeni Rəhbəri Müctəba Xamenei ABŞ və İsrail ilə münaqişədə həlak olan bütün “şəhid qanları”-nın qisasını alacağına söz verən sərt bir bəyanat verdi. Yəqin ki, SEPAH-ın tərtibilə.

O həyat yoldaşı və bacısının düşmənlərin son hərbi əməliyyatı zamanı öldürüldüyünü rəsmi təsdiqlədi. Bu şəxsi faciədən sonra Xamenei qlobal iqtisadiyyatı iflic edə biləcək ən radikal tədbirlərə çağırdı, İrandakı silahlı qüvvələrini.

Lider Hörmüz boğazının blokadasını Tehranın hazırkı qarşıdurmada əsas təsiri kimi göstərdi. O, bu strateji yolun Yaxın Şərqdəki əsas siyasi və hərbi alət kimi İran əlində qalma vacibliyini vurğuladı.

Nə deməkdir, ali İran lideri adından bəyanat?

Belə ritorika İranın yeni rəhbərliyinin regionda vəziyyəti maksimum dərəcə gərginləşdirmək niyyətində olduğunu göstərir. Və bu cür, qlobal dünya iqtisadiyyatına, Hörmüz kimi beynəlxalq su yoluna qarşı görünməmiş radikal bəyanat və niyyət, İranda yeni hakimiyyətin əslində radikal hərbi təşkilat SEPAH əlində olduğunu göstərir!

İndisə qoy ABŞ, İsrail, Ərəb dünyası, Avropa və sair oturub yaxşı düşünsünlər ki, nə etsinlər və etməlidirlər, İranla da deyil, təhlükəli SEPAH-la. Necə ki, yığışıb İŞİD, yaxud, Əl-Kaida ilə etdilər. Bununla, artıq konflikt yeni radikal fazaya keçir.

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

İsrail prezidentindən Ancelina Coliyə SƏRT REAKSİYA

redaktor

Trampdan MARAQLI BƏNZƏTMƏ: “Meydançada başqa bir uşaq var…”

redaktor

Müharibələrdən sonra sülh quruculuğu elə də asan olmur.

redaktor