İlk növbədə dezinformasiya dalğası barədə yazmalıyıq. Hətta ötən yay İrana qarşı 12 günlük müharibə zamanı belə bu qədər dezinformasiya olmamışdı. Burada şərhlərdə də çoxlu suallar var, guya “ABŞ qalib gələ bilməyəcək”, “payıza qədər bataqlığa düşəcək”, “İran qalib gəlir”, “Rusiya qazanc əldə edir” və s. Bu cür informasiya cəfəngiyyatı sosial şəbəkələrdə ictimai rəyi zəbt edib. Bu hal təəssüf doğursa da, reallıqları dəyişmir.
Keçək mətləbə
Tramp dünən dedi ki, İranda hədəflərin sayı getdikcə azalır və Trampın dedikləri həqiqəti əks etdirir, amma o, ilk növbədə hərbi hədəfləri nəzərdə tuturdu: HHM sistemləri, Hərbi Hava Qüvvələri, Hərbi-Dəniz Qüvvələri və İranın hərbi-sənaye kompleksi.
Əməliyyatın ikinci mərhələsi
Əməliyyatın ikinci mərhələsi İranın nüvə obyektlərinin məhv edilməsini və rejimin qüvvələrinə zərbələri(!!!) nəzərdə tutur. Rejim dəyişikliyi gündəmdən çıxarılmayıb, baxmayaraq ki, bu, maksimum hədəf kimi qiymətləndirilir.
Son hədəflər
– Peyk görüntüləri İranın Parçin hərbi kompleksində yerləşən və nüvə silahı tədqiqatları ilə əlaqəli “Talegan-2” obyektində bir xətt üzrə yerləşən 3 böyük zərbə kraterini göstərir(şəkilə baxın). Dəqiqlik heyran doğurur.
Bu zərbələrdə, hazırda Böyük Britaniyada yerləşdirilmiş B-2 bombardmançıları möhkəmləndirilmiş bunker hədəflərini məhv etmək üçün nəzərdə tutulmuş GBU-57 Massive Ordnance Penetrator tipli bombalardan istifadə ediblər.
– Nəzarət-buraxılış məntəqələrinə zərbələr
11 mart tarixində Tehranın 1-ci, 14-cü, 15-ci və 16-cı rayonlarında yerləşən Bəsic nəzarət-buraxılış məntəqələrinə zərbələr endirilib. Bəsic, SEPAH-ın cəza strukturudur və daxili etirazların yatırılması, əhaliyə qarşı repressiv əməliyyatlar üçün istifadə olunur.
Dünənə qədər ABŞ və İsrail əsasən SEPAH və Bəsicin bazalarını və komanda məntəqələrini məhv edirdilər. Lakin onların sayı getdikcə azalır. Buna görə də yeni mərhələ daha xırda hədəflərə yönəlir: blok-postlar, kiçik qruplar və cəza dəstələri. Hətta Ukraynadakı kimi dronlarla tək-tək cəza dəstəsi üzvlərinin vurulmasını göstərən videolar da var.
– ABŞ-ın Mərkəzi Komandanlığı İranın uçuş-enmə zolaqlarında yerləşən bir neçə təyyarəyə hava zərbələrini göstərən video yayıb. Onların arasında C-130 Hercules, P-3F Orion və İl-76 var.
Gördüyünüz kimi, əməliyyat plana uyğun davam edir.
İran mollakratiyasının bu müharibədən “salamat” çıxmaq ehtimalı 0-a bərabərdir. Zərrə qədər şübhəniz olmasın.
Diqqətinizə görə təşəkkür edirəm.
