Sağlamlıq

Bu şəxslərə banan yemək olmaz

Banan dadlı və faydalı meyvə olsa da, bəzi insanlar üçün risk daşıya bilər.

Diyetoloqlar və həkimlər xəbərdarlıq edirlər ki, diabet xəstələri banan yedikdə qan şəkərinin sürətlə qalxması ilə üzləşə bilər. Bu isə xüsusilə tip 2 diabet xəstələri üçün təhlükəli ola bilər.

Böyrək problemləri olan insanlar da diqqətli olmalıdır. Banan kalium baxımından zəngin olduğu üçün böyrəkləri zəif işləyən şəxslərdə yüksək kalium ürək ritminin pozulmasına səbəb ola bilər. Həkimlər belə hallarda banan yeməkdən çəkinməyi tövsiyə edirlər.

Həmçinin, arıqlama pəhrizində olanlar üçün banan qarışıq bir meyvədir. Tərkibindəki şəkər və karbohidrat miqdarı səbəbindən kilo nəzarətini çətinləşdirə bilər.

Mütəxəssislər bildirirlər ki, hər hansı bir xəstəlikdən əziyyət çəkən şəxslər meyvə və digər qidaları qəbul etməzdən əvvəl mütləq həkimlə məsləhətləşməlidirlər. Beləliklə, banan ümumiyyətlə faydalıdır, amma hər kəs üçün uyğun olmaya bilər. (Milli.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

Gecə gec yatıb, səhər gec duranlarda infarkt və diabet daha çox olur

admin

Kalsium ilə zəngin, sümük sağlamlığı üçün faydalı – Keşniş haqqında öyrənin!

redaktor

Duzlu yemək 30 dəqiqə ərzində damarları daraldır – Təhlükə

admin