31 C
Bakı
13 Avqust 2026 17:11
GündəmQalmaqalSiyasət

Azər Qasımlıya əsassız və qondarma ittihamlarla 12 il vermək nə onu unutdur, nə də ….

Azər Qasimli həm ixtisası, həm də fəaliyyəti etibarilə Azərbaycanda peşəkar deyə biləcəyimiz azsaylı siyasətçilərdən biridir.

Onun siyasətə və siyasi proseslərə yanaşmasını hər zaman unikal və rasional hesab etmişəm. Ölkədə meydan sulayan populizm və icazəli müxalifətçiliyin fonunda Azər Qasımlı təkcə mənəvi yox, həm də intellektual üstünlüyün nümunəsi olub.

Azər bəy kimi adamları həbs etmək, şərləmək bir cəmiyyətin seçim imkanlarını məhdudlaşdırmaq, onun gələcəyinə zərbə vurmaq deməkdir. Avtoritarizm özünü peşəkarlıqda üstələyən hər kəsi sıradan çıxarır ki, özünü cəmiyyətə alternativsiz göstərə bilsin. Üstəlik bunu da çox bayağı, utanmaz və üzəduran şəkildə edir.

Azər Qasımlıya əsassız və qondarma ittihamlarla 12 il həbs cəzası vermək nə onu unutdur, nə də peşəkarlığını zəiflədir. Əksinə, labüd prosesi bir neçə il təxirə salır.

 

Araz Əliyev

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

ABŞ-ın təhlükəsizlik doktrinalarında Yaxın Şərq məsələsi

redaktor

Laçında “LAÇIN” yazısının hər hərfinə 100 min manat xərclənəcək. Bir hərfə — 100 min manat

redaktor

Azərbaycanda iyulda illik inflyasiya 5,8 faiz olub, ərzaq 7,3 faiz bahalaşıb

admin