16 C
Bakı
27 Aprel 2026 10:55
DünyaGündəmHadisə

ABŞ Ukraynadan kömək istəyir…

Bu, tarixin ironiyası da hesab oluna bilər. Hətta, dağın da təpəyə işi düşür. Amma bu dəfə məsələ daha ciddidir. Ukrayna prezidenti Volodimir Zelenski irlandiyalı blogger Keylin Robertsona verdiyi müsahibədə Ukraynanın artıq kozır kartlarına malik olduğunu bildirib. Həm də bunu özünə məxsus tərzdə ifadə edib: “Düşünürəm ki, onlar bir il əvvəl də bizdə var idi, amma biz onları göstərmədik. Necə ki, oyun zamanı oyunçu əlində olan güclü kartları dərhal açıqlamır. Amma indi hamı başa düşür ki, bizdə bunlar var. Bəli, bu doğrudur”, – deyə Zelenski bildirib.

“Bizim kozırlarımız ordumuzun, sənayemizin və mütəxəssislərimizin əməyinin nəticəsidir” – deyə, Ukrayna prezidenti müsahibəsində bildirib. Pentaqon və Fars körfəzi ölkələri İranın “Şahid” dronlarına qarşı durmaq üçün tutucu dronlar almaq məqsədilə Ukrayna ilə danışıqlar aparırlar. Ukraynalılar bu işdə əla nəticə göstəriblər.

Beləcə, bir il öncə Ağ Evdə təzyiqlərlə üzləşən Ukrayna prezidenti və onun komandası indi bütün dünyanın tələbatına çevrilmiş texnologiyaya malikdir və bu baxımdan da indi hamı onlarla daha ehtiramla danışmağa başlayıb…

 

Dadaş Əhmədli

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Azərbaycanlı gənc Elçibəy haqqında sual verdikdən sonra yoxa çıxıb?

admin

“Pulyeyən” məmurun dastanı

admin

ABŞ-da bir ilk: Yeni seçilmiş mer “Qurani Kərim”ə and içdi

redaktor