Azərbaycan Nazirlər Kabineti İranla dövlət sərhədindən yük daşımalarının bərpa olunduğunu elan etdi.
Məlumata görə, 9 mart 2026-cı il tarixində saat 10:00-dan etibarən Azərbaycan və İran arasında dövlət sərhədindən mal daşıyan bütün növ nəqliyyat vasitələrinin giriş-çıxışı bərpa olunub.
Bu, həm ikitərəfli daşımalara, həm də tranzit yük daşımalarına aiddir.
