DünyaSiyasət

Politoloq Elxan Şükürlü: Fitnə çıxaranlardan olmayın

Qarışıq vaxtı ölkəsində fitnə çıxaranlardan olmayın, Allahın lənətinə və qəzəbinə gələrsiniz!

İsrail və ABŞ neçə vaxtdır hər şeyi edir və edəcək ki, Azərbaycan və Türkiyədə İrana, İranda isə Azərbaycan və Türkiyəyə qarşı ictimai qəzəb və nifrət yaratsın!

Hazırda İrandakı 3 əsas etnosdan biri olan kürdləri ayağa qaldırıblar, quru əməliyyatlarında onların silahlı gücündən və imkanlarından istifadə etməyə çalışırlar; növbəti cəhd isə türkləri ayağa qaldırmaq olacaq. Bunun üçün də həm Türkiyə, həm də Azərbaycan ictimai rəyini coşdurmağa, ictimai qəzəb və nifrət dalğası yaratmağa və bu dalğada daha rahat şəkildə əməliyyatlar keçirməyə çalışırlar!

Dünən Azərbaycan Prezidenti İlham Əliyevin başsağlığı üçün İran səfirliyinə getməsi həm də bu planın önünü kəsməyə hesablanmışdı. Açıq görünür ki, bu addım kimlərinsə xoşuna gəlməyib!

Diqqət yetirin: Naxçıvan aeroportunun vurulmasını əks etdirən kadrlar yayılan kimi, hər hansı rəsmi açıqlama və aydınlıq gətirilməsini gözləmədən, ABŞ-İsrail şəbəkəsi dərhal NATO qoşunlarının ölkəmizə gətirilməsi ideyasını ortaya atıblar, sadəlövh insanların emosiyalarıyla oynayırlar!

Unutmayın: indi ən böyük cəbhə, döyüş meydanı həm də sosial şəbəkələrdir! Müharibə, ilk növbədə, burada və beyinlər uğrunda aparılır! Beyninizi İslam düşmənlərinin xidmətinə verməyin!

Yəqin ki, məsələ tezliklə aydınlaşacaq, onun iki ölkə arasında yeni gərginliyə çevrilməsinə imkan verilməyəcək!

Allah ölkəmizi, xalqımızı fitnədən, fitnəkarlardan qorusun!

 

Tacxeber.com

Oxşar xəbərlər

Almaniya kansleri: Söz verirəm, TikTok-da rəqs etməyəcəyəm – FOTO

redaktor

Qərbin İKİÜZLÜLÜYÜ – Ukraynanı necə yarı yolda BURAXIRLAR?

redaktor

Kəmaləddin Heydərov üçün ağır zərbə: Video niyə yayıldı?

admin