DünyaSiyasət

Bunun da arxasında ABŞ və İsrail dayanır?

İran Prezidenti Məsud Pezeşkian azərbaycanlı həmkarı İlham Əliyevə zəng etmək əvəzinə, dünən rusiyalı həmkarı Vladimir Putin zəng edərək ölkəsinin Azərbaycana dron hücumu həyata keçirmədiyini bildirib. O bu hadisəni “düşmənlərin əməli” kimi qiymətləndirib.

Demək, Məsud Pezeşkian Naxçıvana dron hücumuyla bağlı üzr istəmək və məsələni araşdırmaq əvəzinə təkzib yolunu seçib. İran Prezidentinin “düşmənlərin əməlidir” iddiasının arxasında isə dron hücumunun ABŞ və ya İsrailin dayandığına işarə edilib. Bu məntiqə görə, ABŞ və ya İsrail İran ərazisindən Naxçıvana dron hücumu həyata keçirib.

Pezeşkian və onun kimi düşünənlərin bir başqa məntiqinə görə, ABŞ və İsrail İran üzərindən Azərbaycan ərazisinə ona görə dron hücumu həyata keçiriblər ki, iki ölkə arasındakı münasibətləri gərginləşdirsinlər. Elə bil bu illərdə Azərbaycana qarşı təxribatları həyata keçirənlər İranın güc strukturları olmayıb. Dövlət Təhlükəsizliyi Xidmətinin əks-kəşfiyyat tədbirləri nəticəsində SEPAH tərəfindən Azərbaycanda həyata keçirilməsi planlanan terror təxribatları və kəşfiyyat xarakterli məlumatların toplanılmasının qarşısını alıb. Bunun da arxasında ABŞ və İsrail dayanır?

 

Elxan Şahinoğlu

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycan kritik anda bizə kömək etdi – Leyen

admin

Rusiya SOCAR-a Odessada zərbə endirdi: ağır yaralananlar var

redaktor

Milyonlarla sənəd var, amma dəlil yoxdur.

redaktor