Dünən də, bu gün də müzakirə mövzusu İranın ballistik raket hücumlarındakı geriləmə ilə bağlıdır. İran müharibənin ilk günü 350, 2-ci gün 175, 3-cü gün 120, 4-cü gün 50, nəhayət 5-ci gün isə 20-30 arası ballistik raketdən istifadə edib. Statistik məlumatlar açıq şəkildə İranın hücum potensialının azalan templə davam etdiyini göstərir. Ortaya sual çıxır, bunun səbəbi nədir?
WSJ bu gün yayımladığı təhlil yazısında bu azalmağı izah edir. Təhlildə İranın yeraltı ballistik raket bazaları yaratmaq strategiyasının artıq İranın özünə zərər verdiyi yazılır. İran hərbi resurslarını, xüsusilə ballistik raketlərini xarici müdaxilədən qorumaq üçün yeraltı bazarlarda yerləşdirmişdi. İlk mərhələdə bu strategiya uğurlu olsa da, hazırda özünü doğrultmadığı görünür.
Çünki İranın hava məkanına tam nəzarət edən ABŞ-İsrail qüvvələri yerlərini müəyyən etdiyi raket bazalarının üzərində kəşfiyyat uçuşları aparır. Birbaşa bazaları ağır bunker bombalarla dağıtmaq əvəzinə bazadan çıxan mobil raket platformalarını hədəf alırlar. Buna səbəb ABŞ-ın ağır bunker bombaları ehtiyatlı istifadə etmək istəməsidir. Nəticədə İran raketləri ya bazadan çıxa bilmir, ya da artıq bombalanmış bazalarda yer altına həbs olur.
Artıq Kirmanşah, Şiraz, Təbriz, Xorgo, Hacı Abad və Jam şəhərləri yaxınlığındakı bazalarda vəziyyət bu cürdür. ABŞ-İsrail hava qüvvələri bu bazaları 24 saat nəzarətdə saxlayır, ordan çıxan hər şeyi hədəf alır. Faktiki olaraq İranın hücum potensialı hər keçən gün azalmağa doğru gedir. Oxşar statistika dron hücumları ilə də bağlıdır. İranın dron hücumlarının ilk gündən etibarən 294, 541, 200, 85, 45 olmaqla azaldığı görünür.
Bununla müqayisədə ABŞ-ın hücum gücündə isə dəfələrlə artım müşahidə edilir. Üstəlik ABŞ üçün artıq hücumlar daha da ucuz başa gəlir. Fikir verisinizsə, dünən və bu gün ABŞ B-52 təyyarələrindən aktiv istifadə edir. Bu təyyarələrin radar və müdafiə sistemləri zəifdir, adətən ənənəvi formada bombalama üçün istifadə olunur. Bu o deməkdir ki, İran HHM sistemləri artıq tam çöküb. ABŞ isə daha çox xərc tələb edən B-1, F-35, GPS sistemli raketlər yerinə daha ucuz, ənənəvi silahlara keçid edib. Trampın “sonsuz raket gücümüz var” dedikdə məhz bu ənənəvi silahları nəzərdə tutur çox güman ki.
Bu gedişatın sonu sadəcə fəlakətdir. Təəssüf ki, vəziyyət bir neçə günə, bəlkə də saata tək tərəfli zərbələrə çevriləcək. Şübhəsiz ki, bundan ən çox zərər görən İran cəmiyyəti, mədəniyyəti və mülki əhalisi olacaq.
