10 C
Bakı
06 Mart 2026 21:31
DünyaGündəmSiyasət

İranın məğlubiyyəti qaçılmazdır.

Mən həmişə beynin, zəkanın gücünə inanmışam. Digər bütün güc alətlərinin, varlıqların isə beynə, zəkaya xidmət etdiyini görmüşəm.

Bu qanunauyğunluğun işlədiyi ölkələr və güc mərkəzləri dünyanı idarə edirlər. Bu qanunauyğunluğun işləmədiyi bütün qalan ölkələr isə idarə olunurlar.

İran təəssüf ki, post-pandemiya dövrünün reallıqlarını, Yeni Düzənin formalaşması istiqamətlərini, yaranan yeni reallıqları oxuya bilmədi. Əslində post-pandemiya dövründə, xüsusilə son 2 il ərzində strategiya və taktikaları ilə qidalandığı dövlətlər, güc mərkəzləri və diasporlardan qopan İranın özünün beyin mərkəzləri (Qum şəhəri başda olmaqla digər ölkələrdəki dini-ideoloji mərkəzlər beyin mərkəzləri deyil) olmadığı üçün öncəki illərdə yol verdiyi ciddi səhvləri daha da dərinləşdirdi. Maliyyələşdirdiyi güclərin məhv edilməsi, zəiflədilməsindən isə ibrət dərsləri götürmədi. Praqmatizm, beyin mərkəzləri, texnoloji və iqtisadi inkişafları olmayan hər bir ölkənin azacıq çətinliklər formalaşdığı zaman panikaya düşməsi təbiidir və İran da belə dövlət olduğu üçün mövcud gedişat öncədən rahat bir şəkildə proqnozlaşdırıldı.

İran əhalisinin maliyyə, siyasi və digər növ məlumatsızlığından sui-istifadə edərək siyasətini davam etdirir, xalqının İranın siyasətini anlamamasını həmin siyasəti dəstəkləmək kimi qəbul edərək molla rejimi özünü aldadırdı. Bu aldatma hətta bir sıra İran təəssübkeşi olan ölkə və şəxslərə də sirayət edirdi. Uzağa və dərinə getmədən nə demək istədiyimi ən son şahidi olduğumuz hadisə ilə izah edim. İran diplomatik və kəşfiyyat kanalları ilə ABŞ-yə danışıqlar təklif edir. Trump açıq şəkildə bəyan edir ki, artıq gecdir. Bunun ardınca İran əhalisinə və dünyaya müraciətlə ABŞ ilə heç bir danışıqlara getməyəcəyini, ABŞ-yə cəhənnəm yaşadacağını elan edir. Təhlildə zaman amili önəmlidir. Bunu bilməyənlər İranın mübariz, güclü olduğunu zənn edir. Amma gedişatı və hadisələrin gedişatını bilənlər isə anlayırlar ki, İran real olaraq hansı vəziyyətdədir. Yəni, İran özünü aldadır, xalqını aldadıb qırğına verir, rejim mənsubları öz şəxsi mənafeləri naminə hətta İranın dövlətçiliyinin gələcəyi ilə oynayırlar, amma bunları çoxluq görməsə də, güclü və hər şeyi planlaya bilən rəqibləri görür. Görməyənlər isə əzab və iztirab içindədirlər.

İranda faktiki olaraq 2 ordu, 2 kəşfiyyat və sair var idi. Yəni paralelçilik. Biriləri dövlətin idi, digərləri Xameneiyə bağlı idi. Xamenei öldükdən sonra ona bağlı olan qüvvələrdə başıpozuqluq var. Çünki, onlar əmr alıb icra etməyə öyrəşiblər. Hazırda isə qərarların 80-90%-ni özləri verməyə məcburdurlar və öyrəşmədikləri bir vəziyyətdir. O səbəbdən səhvləri sıraya düzüblər.

İran əslində bu gününü, hansısa ABŞ təyyarəsini, gəmisini, qonşu ölkələri vurmağı deyil, dövlətin və dövlətçiliyin sabahını düşünməlidir. Trump əgər deyirsə ki, “hələ kimin lider olacağına qərar verməmişik” o deməkdir ki, İranın sabahının necə olacağı bəlli deyil. İranın məğlubiyyəti qaçılmazdır. Bu amilə İranın bütöv qalması, yoxsa rejimin dəyişməsi, yoxsa parçalanması, yoxsa rejim dəyişdikdən sonra uzun müddət xaos vəziyyətində qalıb-qalmayacağının heç bir təsiri olmayacaq.

İran onu dəstəkləyən, ona qarşı heç bir addım atmayan və addım atanlara da öz ərazisindən istifadəyə imkan verməyən Türkiyə və Azərbaycanla münasibətləri maksimum mehriban qonşuluq prinsipləri əsasında saxlamalı idi. Hətta indiki vəziyyətdə bunu da bacarmadı.

Rasional düşüncə üçün əsas amillərdən biri də hissləri kənara qoymağı bacarmaqdır. Rasional düşüncə həm də dini-ideoloji məsələləri, mənim kimi düşünməyən mənim düşmənimdir prinsip və yanaşmalarını kənara qoyaraq xalqının taleyini, dövlətin gələcəyini nəzərə almağa tələb edir. Bir də.. bir insanın normal vaxtda düşüncə tərzi ilə böhran zamanı düşüncə tərzi bir-birindən kəskin fərqlənir. Yeri gəlmişkən məhz bu amili, bu amilin yaranmaması üçün atılmalı addımları, görülməli tədbirləri risklərin idarə edilməsi təlimimdə geniş şəkildə tədris edirəm. Risklərin idarə edilməsindən azacıq xəbəri olan bir dövlət dərk edərdi ki, normal vaxtda atdığı addımların (məsələn, blef etmək, təhqir, hədə-qorxu) hər hansı ciddi ani təsirlərinin olmamasının böhran və müharibə şəraitində olmayacağı demək deyil. Əksinə, bu kimi addımların taleyüklü mənfi fəsadları daha çox olar. Bu fəsadların acı nəticələrini isə təəssüf ki, sadə xalq çəkir…

 

Elman Sadıqov

Tacxeber.com

Oxşar xəbərlər

Podolyak: Rusiyanın planı “adamyeyənlik”dir!

redaktor

DTX nın Əli Kərimlinin əlehinə yaydığı video tam bir nağıldır

admin

Kadırovun 16 yaşlı oğlu yüksək vəzifəyə təyin edildi

redaktor