10 C
Bakı
05 Mart 2026 15:01
DünyaGündəmHadisə

İran belə vəziyyətində niyə Azərbaycanı, eləcə də Türkiyəni hədəf alsın ki?

Bu sualı çoxları verir və hadisənin arxasında sionistlərin ola biləcəyinə dair fərziyyə irəli sürürlər. Onlar məsələyə rasional məntiq çərivəsində yanaşırlar, halbuki son günlər dəfələrlə ifadə etdiyimiz kimi, İranda hazırda vahid, mərkəzləşdirilmiş hərbi və siyasi idarəetmədən danışmaq mümkün deyil. Yerlərdəki siyasi idarəçilərə və hərbi komandirlərə sərbəstlik verilib. Bunlar Tehrandan icazə və ya əmr gözləmədən müstəqil hərəkət edirlər. SEPAH hərbi birləşmələrinin əllərində koordinatlar var və o koordinatlar üzrə raket, dron buraxılışlarını həyata keçirirlər.

Digər tərəfdən, ən vacib məqam budur ki, dinc dövrlərdə də İranın Azərbaycana münasibəti hər zaman aqressiv olub.

1991-ci il 19 oktyabrdan etibarən İran rejimi Azərbaycan Respublikası adlı dövlətin mövcudiyyətini və müstəqilliyini həzm edə bilməyib. Azərbaycanı tanımaqda bir müddət tərəddüd ediblər və bütün dünyanın tanımağa başladığını gördükdən sonra – dekabrın 25-də tanıyıblar. 2001-ci ilin iyulunda İran hərbi təyyarələri istər Xəzər, istərsə quru ərazilərimiz üzərindəki hava məkanımızı dəfələrlə pozub, yalnız Türkiyə hərbi aviasiyası Bakıya gəlib, nümayiş uçuşları keçirdikdən sonra İran bu təxribatlarını dayandırmağa məcbur olub. (“Ərdoğandan əvvəl Türkiyə aciz və gücsüz ölkə idi“ deyən azərbaycanlılara salam olsun). Ayətullah Lənkəraninin fətvasından sonra 2011-ci ildə Bakıda yazışı Rafiq Tağının qətli; “Eurovision 2012” musiqi yarışmasının Bakıda keçirilməsinə etiraz olaraq Təbrizdəki Azərbaycan Konsulluğu qarşısında aqressiv etiraz aksiyalarının təşkili və səfirlərin qarşılıqlı geri çağırılması; Nardaranda faktiki olaraq İrana bağlı muxtar idarəçilik qurulması və 2015-ci ilin noyabrında orada keçirilən əməliyyat zamanı silahlı müqavimət göstərilərək 2 polisin öldürülməsi; 2018-ci ildə Gəncədə “Elmar Vəliyev hadisəsi” zamanı İrana yaxın şəxslər tərəfindən 2 polis zabitinin qətli, eləcə də digər bilinənlər niyə unudulur? (Bilinməyənlər bundan çoxdur).

Qarabağ qələbəsindən sonra baş verənlər isə ümid edirəm ki, yaddaşlarda hələ qalır. SEPAH generalları, onlara yaxın üləma, siyasətçilər və media tərəfindən Azərbaycanın dəfələrlə açıq şəkildə hədələnməsi, sərhəddə keçirilən hərbi təlimlərin birində Azərbaycana hücumun imitasiya olunması yəqin ki, İsrail agentləri tərəfindən edilməmişdi.

Ona görə də, “axı, bu, İranın nəyinə lazımdır” şəklində fikirlər ya sadəlövhlükdür, ya da rejimi təmizə çıxarmağa yönəlmiş məqsədli manipulyasiya.

 

Şahin Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Dünənki təkanlar böyük İstanbul zəlzələsini sürətləndirib – Yapon mütəxəssis

redaktor

Şahin Şıxlinski polisə özü təslim olub

admin

Cənubi Koreyanın keçmiş prezidenti edam olunacaq.

redaktor