5 C
Bakı
28 Fevral 2026 16:28
DünyaHadisəMuharibə

ABŞ–İran gərginliyində yeni iddia edilən hərbi əməliyyat xəbərləri

Budur, bu gün səhər çoxlarının başlamayacaq ABŞ İrana bu hücumu, dedikləri hücum başladı. ABŞ və İsrailin Tehrana və İranın bir neçə digər şəhərinə hava hücum zərbələrinə başlanılıbdır.
ABŞ Prezidenti D. Tramp ABŞ ordusunun İran molla rejiminin yaratdığı “qaçılmaz təhlükəni” qaldırmaq üçün İrana qarşı tam genişmiqyaslı əməliyyat başlatdığını bildirən video paylaşıb.

Trampın sözlərinə görə, Tehran ABŞ-a və onun müttəfiqlərinə və bütün regiona, öz qonşularına qarşı 47 il ərzində terror-təxribat kampaniyası aparıb. 1979-cu il girov böhranı, Yaxın Şərqdə proxy hücumlar və 7 oktyabr hadisələri ilə bağlı HƏMAS-a dəstək buna misal kimi göstərilib. O, İranın “terrorizmin bir nömrəli dövlət sponsoru” olaraq qaldığını bildirib.

ABŞ Prezidenti çıxışında İranın raket qüvvələrini, donanmasını və proxy qruplarını regionu qeyri-sabitləşdirmək potensialını məhv edəcəyini vurğulayıb. O, əməliyyatın itkilərə səbəb ola biləcəyini, lakin bunun “sivil dünya və ABŞ gələcəyi” üçün zəruri olduğunu deyib.
Tramp həmçinin SEPAH və İran təhlükəsizlik qüvvələrinə silahları yerə qoymaq çağırışı edib, əks halda “qaçılmaz ölüm”lə üzləşəcəklərini bildirib. İran xalqını sığınacaqlarda qalmağa və hadisələr fonunda təhlükəsizliyini qorumağa çağırıb.

Yayılan videoda SEPAH binasının hava zərbəsi ilə dağıldığı və bəzi insanların sevindiyi iddia edilir. Lakin məlumatın rəsmi mənbələr tərəfindən təsdiqi yoxdur.

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

“Bəlkə Zelenskini Marsa göndərək?”

redaktor

Sərnişin dolu avtobusu sürərkən canlı yayım açdı – Video

redaktor

Vuçiç prezident kreslosundan yapışmaq istəmir

redaktor