İdmanMüsahibə

“Hamı deyir ki, niyə Avropaya getmirsən?”

“İlk növbədə bütün azarkeşlərimizə, Azərbaycan xalqına, komanda yoldaşlarıma, məşqçilər heyətinə təşəkkürümü bildirirəm. Buraya qədər çox yaxşı yol gəldik”.

Bu sözləri “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev  UEFA Çempionlar Liqasının pley-off mərhələsində səfərdə “Nyukasl”la keçirilən oyundan (2:3) sonra deyib.

“Qarabağ”ın qollarından birinin müəəlifi olan müdafiəçi İTV-yə açıqlamasında bildirib ki, İngiltərə təmsilçisi ilə mübarizə onlar üçün çox ağır olub: “Amma düşünürəm ki, yaxşı oyunlarımız oldu, layiqincə mübarizə apardıq. Birinci oyundan başlasaq, səhvlərimiz həddindən artıq çox idi. Bu gün geridönüş etmək inandırıcı görünmürdü. Bununla belə, biz yığışdıq və dedik ki, nə olur-olsun, döyüşmədən meydandan çıxa bilmərik. Çalışdıq ki, döyüşək, əlimizdən gələni edək. Ən azından üzərimizdə Azərbaycan bayrağını gəzdiririk və “Qarabağ” adını daşıyırıq. Düzdür, qollar buraxdıq, amma çox yaxşı mübarizə apardıq. Bizim üçün böyük bir təcrübə oldu. Həqiqətən hələ bura qədər irəliləməmişdik. Arzu edirəm ki, bundan da yaxşı nətiəcələr qazanaq”.

E.Cəfərquliyev adının digər klublarla hallanmasına və “Qarabağ”dan mümkün gedişi ilə bağlı suala buna reaksiya verib: “Bu cür suallar mənə çox verilir. Əlbəttə, istəyərəm ki, Azərbaycanı Avropada layiqli şəkildə təmsil edim. Amma səbrli olmaq lazımdır, gələcəkdə nə baş verəcəyini deyə bilmərəm. Hazırda “Qarabağ”dayam, burda mənim üçün hər şey əladır. Öz performansıma gəldikdə, getdikcə daha da inkişaf etmək istəyirəm. Bu, mənim tam performansım deyil. Bundan da yaxşı Elvin görə bilərsiniz. Daim üzərimdə işləyirəm ki, komandaya çox xeyir verim.

Hamı mənə yaxınlaşıb deyir ki, niyə getmirsən? Sənin TOP-5 klublarında oynamağını istəyirik. Bunun üçün isə daha da yaxşı Elvin görməlisiniz ki, böyük klublarda layiqli çıxış edim. Gələcəkdə təkliflər olsa, düşünmək olar. Amma indidən deyə bilmərəm ki, nə olacaq”. (Qol.az)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Neymarın sevgilisini və qızını qaçırmaq istədilər – FOTO

redaktor

Messi ölümlə hədələndi

redaktor

Hidayət Heydərov kimdir? – Olimpiya çempionumuz haqda DOSYE

redaktor