12 C
Bakı
10 Aprel 2026 10:28
CəmiyyətMədəniyyət

Kəramət Böyükçöl: “Atam mənə tərbiyə verməyib, mən də oğluma tərbiyə vermirəm”

Tanınmış yazıçı Kəramət Böyükçöl bu dəfə də atası Qəşəm Nəcəfzadə barədə dedikləri ilə gündəmə gəlib.

Tacxeber.com xəbər verir ki, “Zarafat bir yana” verilişində qonaq olan Böyükçöl atasının ona tərbiyə vermədiyini deyib.

“Mən atamın evdəki etirazlarından yaranmışam. Əslində, atamın çölə çıxan, tərs çevrilmiş üzüyəm. Aramızda vaxtilə problemlər, dava-dalaşlar olub. Daha çox düşüncələrimiz dalaşıb, məişət davası olmayıb. Soruşmuşdular ki, davada kim qalib gəldi? Mən qalib gəldim, amma hiss etdim, atam özü uduzdu. Ata ilə dalaşmaq asan məsələ deyil. Kaş Qəşəm Nəcəfzadə atam olmayaydı, onun necə bənzərsiz bir şair olması haqqında ürək dolusu danışaydım. Atamdır, onu indi necə tərifləyim? Valideyn üçün ən böyük xoşbəxtlik odur ki, övlad onu məsuliyyətdən azad edir. Mən balacıqldan atamı məsuliyyətlərdən xilas etmişəm. Evdə mənə inam olub ki, Kəramət onsuz da özünü qoruyacaq, xilas olmaq üçün variant tapacaq. Atam o qədər də mənə vaxt ayırmayıb. Deyirlər ki, filankəs ailə tərbiyəsi görüb. Atam mənə tərbiyə verməyib. Bu ailə tərbiyəsi nədir? Sadəcə, ona baxmışam ki, nə edir… Mən də oğluma tərbiyə vermirəm. Tərbiyə necə olur, axı onu bilmirəm…” – o deyib. (Pravda.az)

Tacxeber.com

Oxşar xəbərlər

Kəmaləddin Heydərovun oğlu etiraz etdi: “Müəllimin şagirdə mənəvi və ya fiziki cəza tətbiq etmək ixtiyarı yoxdur”

redaktor

AHİK-də 50 milyonluq korrupsiya: müəllimlərin pulu, “putyovka” biznesi və “domik” satışı… – ARAŞDIRMA

admin

Bakı-Kazan-Bakı marşrutu üzrə bütün uçuşlar dayandırılıb

admin