CəmiyyətGündəmQalmaqal

Rövnəq Abdullayevdən qorxuram

Martın 4-də Nəsimi Rayon Məhkəməsində “Liv Bona Dea”nın mənə qarşı 222 395 manat təzminat tələb edən iddiasına baxılacaq. Məhkəməyə verilməyimə səbəb əməliyyatdan sonrakı münasibətdən narazı qalaraq şəxsi sosial şəbəkə hesabımda paylaşım etməyimdir. Bəli, 2 posta görə 222395 AZN təzminat.

Son günlər qohumlar, tanışlar mənə zəng edirlər, mesaj yazırlar, linklər atırlar və deyirlər: “Bilmirsən Liv Bona Dea Rövnəq Abdullayevindir?”

Dönə-dönə yazırlar: “Qorxmursan? Sən nə edirsən? Başını sal, işini gör.”

Səmimi etiraf edirəm — qorxuram. Rövnəq Abdullayevdən qorxuram. Ailəmə, uşaqlarıma görə qorxuram. İşimə görə qorxuram. Mənəvi cəhətdən çökmüş durumuma, fiziki ağrılar içində qovrulduğum üçün qorxuram…

Amma bu qorxu “Liv Bona Dea”da gördüyüm dəhşəti unutdurmur. Hətta indiki durumumda belə başa düşürəm ki, qorxu ədaləti məhv etmək gücündə deyil.

 

Nigar Köçərli

Tacxeber.com

Bizimlə əlaqə: tacxeber.com

Oxşar xəbərlər

Bişkekdə keçirilən diplomatik marafonda İlham Əliyev klas göstərdi

redaktor

Sberbank-dan Rusiya üçün bədbin, Azərbaycanlı politoloqdan nikbin proqnoz

redaktor

Bütün mövzular masadadır

redaktor