Vladimir Zelenski ABŞ-ı Cenevrə danışıqları zamanı Kiyevə təzyiq göstərməkdə günahlandııb.
Ukrayna, Rusiya və ABŞ nümayəndə heyətləri arasında danışıqların ikinci günü bu gün Cenevrədə başlayıb. Rusiya xəbər agentlikləri görüşlərin bərpa olunduğunu bildirdilər və Ukrayna nümayəndə heyəti bunu təsdiqləyib.
Bu arada, Ukrayna prezidenti Vladimir Zelenski Vaşinqtonun mövqeyini tənqid edib. Amerikanın “Axios” nəşrinə verdiyi müsahibədə o, ABŞ prezidenti Donald Trampın açıq şəkildə Rusiyadan deyil, əsasən Ukraynadan güzəşt tələb etməsini “ədalətsiz” hesab etdiyini bildirib. Ukrayna lideri “bu, sadəcə bir taktikadır, son qərar deyil” ümidini ifadə edib.
Zelenski həmçinin vurğulayıb ki, ukraynalılar Rusiyanın hərbi yolla ələ keçirə bilmədiyi Donbas ərazilərindən imtina etməyi nəzərdə tutan referendumda istənilən planı rədd edəcəklər.