32 C
Bakı
20 Avqust 2026 13:43
Dünya

İran ətrafında gərginlik artır…

ABŞ ən böyük təyyarədaşıyan gəmisini İrana daha yaxın olan Fars körfəzinə yönləndirir. Göyərtəsində Tomahawk raketləri olan USS Gerald R. Ford USS Abraham Linkolna qoşulacaq.

Əvvəllər Ford zərbə qrupu Karakasda Maduronu ələ keçirmək əməliyyatından sonra Karib dənizində idi. İndi Fars körfəzində iki təyyarədaşıyan gəmi olacaq. Ekspertlər bildirirlər ki, bu, zərbəyə maksimum hazırlığın nadir bir siqnalıdır. 12 fevralda Omandakı danışıqlardan sonra Tramp Tehran sövdələşməyə razılaşmasa, İranı “ikinci mərhələ” eskalasiyası ilə bağlı xəbərdar etmişdi. İran isə cavab olaraq ABŞ bazalarına zərbələr endirməklə hədələyir.

 

Dadaş Əhmədli

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Eskalasiya həddini keçir: dünya daha böyük müharibəyə gedir

redaktor

İlham Əliyev həqiqətən Putindən qorxur?

redaktor

Donald Trampın uda bilmədiyi CNN-i Azərbaycan uda bilərmi?

redaktor