24.2 C
Bakı
28 İyun 2026 23:06
DünyaSiyasət

“Əgər gənclərimiz küçələrə çıxıblarsa, günah bizdədir” – Pezeşkian

İran Prezidenti Məsud Pezeşkian ölkədə davam edən kütləvi etirazlar fonunda hakimiyyətin səhvlərini etiraf edərək, gənclərin narazılığının haqlı olduğun söyləyib.

Tacxeber.com xəbər verir ki, dövlət başçısı Qolestan vilayətinə səfəri zamanı etirazların kökündə hökumətin yarıtmaz fəaliyyətinin dayandığını bildirib.

Pezeşkian vurğulayıb ki, gənclərin küçələrə çıxması onların qayğılarına lazımi cavab verilməməsinin nəticəsidir və buna görə məsuliyyət birbaşa hakimiyyətin üzərinə düşür:

“Əgər gənclərimiz küçələrə çıxıblarsa, deməli, günah bizdədir”.

Xatırladaq ki, İranda 2025-ci ilin dekabrından iqtisadi böhran və valyutanın kəskin ucuzlaşması ilə başlayan etiraz dalğası qısa müddətdə genişmiqyaslı toqquşmalara çevrilmişdi.

 

Tacxeber.com

Oxşar xəbərlər

“Uzunmüddətli müharibə sərfəli deyil” – Putin planı dəyişir

admin

KİV: “SEPAH Seyid Əli Xameneiyə qarşı sui-qəsd planlaşdırıbmış”

redaktor

Amerikanın hərbi nəqliyyat təyyarəsi İsrailə endi

redaktor