11 C
Bakı
27 Mart 2026 18:41
DünyaSiyasət

“Xarici qüvvələrin İrana müdaxilə cəhdləri uğursuz nəticələnib” – Xamenei

İranın ali lideri ayətullah Əli Xamenei bildirib ki, xarici qüvvələrin İranda islam inqilabından əvvəl mövcud olan şəraiti bərpa etmək cəhdləri uğursuz nəticələnib.

Tacxeber.com İran KİV-nə istinadən xəbər verir ki, o bu barədə 1979-cu il islam inqilabının 47-ci ildönümü münasibətilə televiziya müraciətində deyib.

“Xarici qüvvələr daim İranda islam inqilabından əvvəl mövcud olan şəraiti bərpa etməyə çalışıblar, lakin buna nail ola bilməyiblər”, – Xamenei qeyd edib.

O həmçinin bildirib ki, hər il ölkədə inqilabın ildönümündə – fevralın 11-də ümumxalq yürüşləri keçirilir, onları “dünyada görünməmiş” və “milli dayanaqlılığın aydın təzahürü” adlandırıb. (Report)

 

Tacxeber.com

Oxşar xəbərlər

Paşinyan xalqa Yeni il müraciətində ağrı, təəssüf hissindən danışaraq üzr istəyib

redaktor

İmran Xanın “telefon seksi” ilə məşğul olduğu səs yazısı yayıldı

admin

Rusiya böyük qorxu içindədir, özündən 400 dəfə kiçik ölkəyə uduzur

redaktor