DünyaSiyasət

Ukrayna kəşfiyyatının növbəti perfomansı: Moskvada Rusiya kəşfiyyatının əsas şeflərindən biri güllələnib

Moskvada Rusiya Baş Kəşfiyyat İdarəsinin(QRU) rəis müavini general-leytenant Vladimir Alekseyev güllələnib.

Hadisənin mənəvi-psixoloji effekti izah olunmaz qədər böyükdür, Vladimir Alekseyev Rusiya kəşfiyyatının xarici ölkələrdə ən ciddi əməliyyatlara rəhbərlik etmiş adamdır, o cümlədən ABŞ seçkilərinə müdaxilə, bu səbəbdən də ABŞ və Aİ-nin sanksiyalar siyahısında idi.

Moskvanın düz ortasında belə bir adam güllələnirsə, kim özünü təhlükəsizlikdə hiss edə bilər ki? Heç kim istisnasız.

Nə deyə bilərəm?

Ukrayna kəşfiyyatı bu gün nə az, nə çox dünyanın ən güclü kəşfiyyatlarından biridir. Dəfələrlə demişəm bu gün də deyirəm ki, bugünkü QUR və SBU-nun yenidən formalaşması 2014-cü ildən sonra başlayıb. Maydan hadisələrinin ən fəal iştirakçıların, Maydanda Ukrayna demokratiyası, azadlığı uğrunda qan tökən uşaqların böyük əksəriyyəti getdilər kəşfiyyata və təmsil etdiyi qurumu dünya liderlərin birinə çevirdilər.

Dövləti, mal-qara satıb bəlli orqanalara işə düzələnlər qorumaz, dövləti BELƏ uşaqlar qoruyar, hansılar ki, ölkənin çətin durumunda təmənassız, əliyalın silahlı insanlara qarşı çıxıb, döyüşüb və qələbə qazanıb. Bu gün isə həmin adamlar Rusiya boyda dövlətə, hərbi cinayətkarlarına qarşı düz Moskvanın ağzında meydan oxuyurlar.

 

Kamran Cəfərov

Tacxeber.com

Oxşar xəbərlər

Rusiyanın 100 iş adamı Tehrana getdi

redaktor

Qərb kəşfiyyatı: İran itkilərini gizlədir

admin

“ABŞ İrana dəyən ziyanı ödəməlidir”

redaktor