DünyaSiyasət

Şeytanla müqavilə mümkündürmü?

ABŞ Venesuelada yüzə yaxın adamı öldürməklə Maduronu oğurlayandan sonra 8 yanvarda “The New York Times” qəzeti jurnalisti ona sual verdi ki, dünyada sizin hakimiyyətinizi məhdudlaşdıran nəsə varmı. Jurnalist, yəqin ki, ABŞ konstitusiyasını və qanunlarını, beynəlxalq qanunları nəzərdə tuturdu, çünki “Maduronun oğurlanması” əməliyyatında bunların hamısı pozulmuşdu.

Trampın cavabı: “Bəli, bir şey var. Mənim əxlaqım. Mənim ağlım. Məni dayandıra biləcək yeganə şey budur.”

13 yanvarda CBS telekanalına müsahibəsində də Tramp eyni sözləri təkrarladı.

Beləliklə, bu adam, deməli, həm də onun komandası üçün qanun-zad yoxdur. Bunu onsuz da görürük. Əxlaqlarını da Epşteyn dosyesindən gördük.

ABŞ-ı artıq İblisin imperiyası adlandırmaq olar.

İndi təsəvvür edin ki, bunlarla İran, Rusiya, Çin nümayəndələri danışıqlar aparır. Danışıqlarda məqsəd hansısa məsələlərdə razılığa gəlməkdir. Nə qanun, nə əxlaq tanımayan şeytanlarla əldə olunan razılaşmanın nə mənası var?!

Çox qəribə və təhlükəli zamanda yaşayırıq…

 

Asif Şəfəqqətov

Tacxeber.com

Oxşar xəbərlər

Həcc ziyarətində onlarla Türkiyə vətəndaşı həlak olub

redaktor

Podolyak: Müharibə tez və bir anda başa çatacaq

redaktor

Vladimir Putin Türkiyə lideri Rəcəb Ərdoğan və ABŞ prezidenti Donald Trampa hörmətsizlik etdi – Ukrayna Prezidenti Vladimir Zelenski

redaktor