DünyaTarix

Qərbi Azərbaycanda erməniləşdirən qədim Alban məbədi Əştərak qalası

Hazırda dünya xəritələrində və turizm mənbələrində bu abidə Tsiranavor adı ilə yazılır və Azərbaycanın qədim şəhərlərindən biri olan Əştərəkdə yerləşir. Dağ başında çılpaq qaya mənasını verən Əştərək barədə məlumat IV əsrdən etibarən qaynaq və mənbələrdə çəkilməsinə baxmayaraq bura qədimdə Albaniya və ondan öncəki dövlərə aid dövlətlərə tabe olub.

Fotoda Qərbi Azərbaycanın tarixinə aid qədim Alban kiləsinin tarixi qalıqlardır. Qalanın memarlıq üslubu Azərbaycan torpaqlarında geniş yayılmış Alban memarlığı və erkən orta əsr xristian memarlığının elementlərini daşıyır.

Memarlıq baxımından bu bina V-VI əsrlərə aid bir bazilikadır. Bu dövr bölgədə xristian Alban memarlığının hakim olduğu dövrdür. Qarabağdakı və Qaxdakı qədim Alban kilsələri ilə (məsələn, Kiş məbədi və ya Qum bazilikası) eyni texnika ilə tikilib. Tikilidə istifadə olunan tuf daşı üzərindəki bəzi naxışlar və tikinti üslubu, qədim türklərin “daş hörgüsü” mədəniyyəti ilə üst-üstə düşür. Bu ərazilərdəki qədim qəbir daşları və qala divarlarındakı tamğalar abidənin yerli türk tayfaları ilə bağlılığını təsdiq edir. Azərbaycan memarlıq tarixində, xüsusən qədim qala divarlarında istifadə olunan “iki üzlü hörgü” texnikası bu qalada bariz görünür. Bu texnika Naxçıvan memarlıq məktəbi və Gəncə qala divarları ilə eynilik təşkil edir.

Azərbaycan memarlığından fərqli olaraq isə mütəxisslər bilir ki, erməni memarlığı çox vaxt daha kiçik daşlara və fərqli bəzək elementlərinə üstünlük verir

Azərbaycanlı tarixçilər qeyd edirlər ki, bu tip tikililər ilk olaraq Alban memarlıq məktəbinin nümunələri kimi inşa edilib, lakin sonradan (xüsusilə 1836-cı ildə Alban kilsəsinin ləğvindən sonra) erməni kilsəsinin tabeliyinə keçərək adı və mənşəyi dəyişdirilmişdir.
Bu qala əsrlər boyu Azərbaycan torpaqlarında mövcud olmuş dövlətlərin ərazisində olunb (Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi və İrəvan xanlığı). Xanlıq dövrünün arxiv sənədlərində və həmin dövrün səyyahlarının (məsələn, Jan Şarden, İvan Şopen) qeydlərində Əştərək və ətrafı azərbaycanlıların yaşadığı, idarə etdiyi və vergi verdiyi kəndlər kimi keçir.

Əştərək ətrafında Qovuşan, Muğni, Qaragöz, Düzkənd kimi adlar bu ərazinin əzəli sahiblərinin kim olduğunu göstərir. Əgər qala tamamilə erməni mədəniyyətinin məhsulu olsaydı, ətrafındakı coğrafiya bu qədər sıx türk toponimləri ilə əhatə olunmazdı.
Təhlükə anında bir qalanın damında yandırılan tonqal digərlərinə xəbər vermək üçün istifadə olunurdu.

Bu qədim Azərbaycan qalalarında oğuz türklərinin tətbiq etdiyi rabitə üsulu ilə tamamilə eynidir. Qala-kilsənin bəzi hissələri daha qədim, tenqriçilik dövrü məbədlərinin üzərində tikilib. Bu, bölgədə xristianlığa qədərki dövrdə qədim türklərin yaşamasını bir daha sübut edir

.
Səfəvi-Osmanlı müharibələri dövründə bu tip qalalar yerli azərbaycanlı bəyləri və döyüşçüləri tərəfindən istehkam kimi istifadə edilib. Ermənilərin bu abidələr üzərində tam sahiblik iddiası yalnız 1836-cı ildə Alban kilsəsinin çar tərəfindən ləğv edilib erməni kilsəsinə verilməsindən sonra rəsmiləşib.

Bu faktlar onu göstərir ki, abidənin hazırda erməni abidəsi kimi təqdim olunması yanlışdır və onların bura iddiasının tarixi yalnız son 150-200 ilini əhatə edir. Ondan əvvəlki 1300 illik tarix isə qədim türklər, Albaniya, Səlcuqlu, Səfəvi və İrəvan xanlığı dövrlərini əhatə edən böyük bir Azərbaycan irsinin hissəsidir.

 

Prof.Dr.Zaur Aliyev
Tacxeber.com

Oxşar xəbərlər

ABŞ Rusiyanın Komandor adalarını istəyir

redaktor

Türkmənistanda pensiyasını almaq istəyənlərə sağ olduğunu sübut etmək tələbi qoyulub – KİV

redaktor

Paşinyan xəyanət bıçağını Rusiyanın kürəyinə sancıb – Kremlin cavabı nə olacaq?

redaktor