CəmiyyətHadisəKriminal

Məktəblər təhlükəli məkana çevrilir – uşaqlar niyə bıçağa, silaha əl atır?

Son illər məktəblilərin kəsici-deşici və hətta odlu silahlara əl atması ilə bağlı qeydə alınan hadisələr artıq təsadüfi deyil. Bu, nə “tək-tük problemli uşaq” məsələsidir, nə də ailə ilə məhdudlaşan fərdi faciə. Bu hadisələr ümumi təhsil sistemində illərdir yığılıb qalan psixoloji, institusional və idarəetmə böhranının açıq nəticəsidir.

Tacxeber.com bildirir ki, bu gün məktəbdə silaha əl atan uşaq əslində bir siqnaldır. O siqnal deyir ki, məktəb artıq təhlükəsiz mühit deyil. O deyir ki, uşaqlar dinlənilmir, anlaşılmır, sıxılır, əzilir və nəhayət, partlayır.

Psixoloji gərginlik – sistemli problemdir

Məktəblərdə psixoloji mühit uzun illərdir nəzarətsiz buraxılıb. Formal olaraq “psixoloq” ştatları mövcuddur, amma real fəaliyyət yoxdur. Psixoloqların əksəriyyəti ya kağız üzərindədir, ya da direktorun tapşırıqlarını yerinə yetirən texniki işçiyə çevrilib. Uşaqların travmaları, aqressiyası, qorxuları, zorakılığa meyli sistemli şəkildə öyrənilmir.

Psixoloji xidmət kağız üzərində mövcuddur, reallıqda isə məktəblər psixoloji baxımdan sahibsiz qalıb.

Aqressiya yuxarıdan aşağı ötürülür

Direktor-müəllim-şagird zənciri aqressiya üzərində qurulub. Direktorlar üzərində daimi təzyiq var, bu təzyiq müəllimə ötürülür, müəllim isə bunu şagirdin üzərində boşaldır. Uşaqlar alçaldılır, qorxudulur, təhdid olunur, susdurulur. Nəticədə məktəb tərbiyə edən yox, əzən məkana çevrilib.

Bu mühitdə böyüyən uşağın aqressivləşməsi anormal deyil-tamamilə məntiqidir.

Elm və Təhsil Nazirliyi reallıqdan tam qopub

Elm və Təhsil Nazirliyi illərdir “layihə bolluğu” ilə öyünür. Kağız üzərində yüzlərlə layihə, milyonlarla vəsait, təqdimatlar, hesabatlar… Amma bu layihələrin məktəbdə bir uşağın psixoloji durumuna real təsiri varmı? Xeyr.

Bu gün heç bir məktəbdə,şagird–müəllim münasibətlərinin sağlamlaşdırılması, direktor-şagird dialoqunun qurulması, aqressiyanın erkən aşkarlanması, zorakılığın qarşısının alınması üzrə real mexanizm yoxdur.

Nazirliyin prioritetləri isə müəllim imtahanları, direktor təyinatları, tenderlər, formal təmir işləri, vitrinlik layihələri və milyonların həzm edilməsindən o yana keçmir. Uşaqların psixoloji vəziyyəti isə tamamilə diqqətdən kənardadır.

Əgər bu gün baş verənlərə “istisna hal” kimi yanaşılsa, sabah daha ağır nəticələr qaçılmaz olacaq. Aqressiv uşaq sabah daha təhlükəli addım ata bilər. Çünki problem həll edilmir, üstü örtülür. Məktəblər təkcə bilik yox, təhlükəsizlik və psixoloji rahatlıq məkanı olmalıdır. Bu təmin edilmirsə, məsuliyyət birbaşa sistemi idarə edənlərin üzərinə düşür.

Bu, artıq tək-tük hadisə deyil, onlarla bənzər hadisələrin üstü örtülür, cəmiyyətdən xəbərsiz, sakitcə həll edilir və məktəb rəhbərliyi, nazir elə başa düşür ki, hər şey əladı. Və günün birində hansısa uşaq silaha əl atır və nəticə də bu… Emin Əmrullayevin qurduğu təhsil idarəetməsi işləmir, uğurlu deyil və bunu illərdir insanlar, valideynlər, məktəblilər deyir. Məktəblərdə, elm ocaqlarında sistem qurulmalıdır və bunu bu gün Emin Əmrullayevin komandası qura bilmir və bacarmır.(Bizimesr.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

Krivoy Roq atəşə tutuldu – Ölən və yaralananlar var

redaktor

Rusiya Xamaneiyə sığınacaq verməyə hazır olduğu bildirilib.

admin

Azərbaycan İLK – Bu şəxslər öləndən sonra orqanları çıxarılacaq

redaktor