DünyaSiyasət

Əlverişli məqamda Ukrayna yeni hücuma hazırlaşır?

Cəbhədən daxil olan məlumatlar Rusiya hərbi bölmələrinin idarəetmə qabiliyyətində çox ciddi dərəcədə zəifləmə olduğunu göstərir. Rusiya qüvvələrinin “Starlink” peyk rabitəsindən məhrum qalması ilə bağlı xəbərlər fonunda koordinasiyada ciddi problemlər qeydə alınır. Rusiyalı telegram kanalları “dost atəşi” hallarının ilk nümunələri barədə məlumat verir. Xüsusilə Zaporojye istiqamətində idarəetmə səhvləri nəticəsində, təsdiqlənməmiş məlumatlara görə, 12-yə qədər rus hərbçisi həlak olub. Bu cür insidentlər rabitə və komandanlıq sistemində baş verən struktur pozuntularının birbaşa göstəricisidir.

Eyni zamanda cəbhənin şimal-şərq istiqamətində yeni dinamika müşahidə olunur. Xarkov vilayətində qısa müddət ərzində USQ ən güclü döyüş qabiliyyətli hissələri cəmləşdirilir (93-cü, 3-cü, 125-ci briqadalar və s).

Sözügedən briqalar Qərbin ən müasir texnikası ilə təchiz olunmaqla yanaşı, Qərbdə təlimlərdən keçən ən peşəkar hərbçilərdən ibarətdir və USQ-nin elitası sayılır.

Bu qüvvələrin cəmlənmə və rotasiya sürəti müdafiə xarakterli tədbirlər üçün qeyri-adi görünür. Rusiya ordusunda idarəetmə böhranı fonunda bu cür hərəkətlər Ukrayna tərəfinin aktiv əməliyyatlara hazırlaşa biləcəyinə işarə edir. Bir tərəfdə komandanlıq və rabitə sisteminin deqradasiyası, digər tərəfdə isə ən elit qüvvələrinin cəmləşməsi USQ-nin yeni əks-hücum əməliyyatına başlayacağına ehtimal yaradır.

 

Kamran Cəfərov

Tacxeber.com

Oxşar xəbərlər

The New York Times: Rus generallar nüvə silahından istifadəni müzakirə edib

admin

ABŞ yenidən Ukraynaya hərbi yardım göndərdi

redaktor

Bayden Meksikadan qanunsuz keçənlərə sığınacaq verməyəcək

redaktor