Konstitusiya Qurulşunun Mühafizəsi və Terrorizmlə Mübarizə Xidməti (SZKSBT), həmçinin Federal Təhlükəsizlik Xidmətinin (FSB) tərkibində “İkinci Xidməti” kimi tanınır.
Ümumiyyətlə FSB strukturu belədir:
— Əks-kəşfiyyat Xidməti 1-ci Xidmət
— Konstitusiya quruluşunun mühafizəsi Xidməti (terrorizmlə mübarizə) 2-ci Xidmət. — Sərhəd xidməti
— İqtisadi cinayətlərlə mübarizə xidməti
İllərlə Rusiyanın de-fakto “Gestaposu” — terrorizmdə qarşı gizli xidmət qüvvəsi kimi tanınan, 2-ci xidmət adlanan bu qurumun əsas işi də rəqibləriin təxribat və terroru ilə məşğul olmaqdır. Putinin əsas vuran əlidir bu məxfi təşkilat. Və ən vacib və məxfi “işləri” görür.
“Rusiya FSB-nin 2-ci Xidməti” deyilən bu təşkilat ictimai asayiş və təhlükəsizliyin təmin edilməsi ilə məşğul olur general-polkovnik Aleksey Sedovun (Putinin Peterburq dostu, yaxını) rəhbərliyi altında. Alejksey Navalnını, Dmitri Bıkov və Vladimir Kara-Murzanı zəhərləyənlər məhz bu xidmətin əməkdaşları olub, onlar Boris Nemtsovun sui-qəsdindən əvvəlki həftələrdə onu izləyiblər, həmçinin rusiyalı politoloq Nikita İsayev, jurnalist Timur Kuaşev və fəal Ruslan Maqomedraqimovun, jurnalist Orxan Camalın qətlini təşkil ediblər.
Xidmətin daxili strukturu, oradakı karyera yüksəlişi, bu orqanın ölkə və onun xaricində apardığı siyasi təxribat və qətllər, Krımın ələ keçirilməsinin təşkili, Rusiyada və xaricdə müxalifət rəqiblərin, xadimlərin üzərində nəzarət sistemi qurmaları və sair haqqında araşdırma yazılarımı yaxında paylaşacam.
