CəmiyyətDigərGündəm

Ağaclara içməli su verməyi dövlət qadağan edib?

İllər öncə Saray ərazisində kitab anbarı tikmək niyyəti ilə torpaq sahəsi aldım. Bakı Şəhəri Layihələndirmə İnstitutunda yüngül konstruksiyalı layihə çəkdirdim.

Rəsmi qaydada Abşeron Rayon İcra Hakimiyyətinə müraciət etdim. Cavab verdilər ki, torpaq kənd təsərrüfatı təyinatlıdır, tikinti olmaz.

Bir neçə dəfə müraciət etdim, nəticə dəyişmədi.

O əraziyə çəpər çəkmək istədim dəfələrlə Polis müdaxiləsinə məruz qaldım. Nəhayət, böyük çətinliklə ərazini setka ilə bağlaya bildim.

Sonra düşündüm ki, əgər kənd təsərrüftı təyinatlıdırsa heç olmasa ağac əkim. Bu il nəhayət ideyamı reallaşdırdım və ağac əkdim.

Ağaclar əkildi, indi isə su problemi çıxdı. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə – Azərsuya müraciət etdim. Özü də İctimai əlaqələr idarəsinə ki, bəlkə asan yollla məsəlıni həll edərəm. Cavab belə oldu ki, bağ və kənd təsərrüfatı sahəsində içməli sudan istifadə etmək qadağandır, yalnız sənaye tipli su ilə ağaclara su vermək olar. Mən həqiqətən bunu ilk dəfə idi eşidirdim. Və əlavə etdilər ki, torpağınıza yaxın yerdə isə sənaye suyu yoxdur. Çünki bu qanunun tələbidir, yəni içməli suyu ağaclara vermək qadağandır.

Tikinti tikə bilmirsən, olmaz!
Ağac əkə bilmirsən, su olmaz!

Xahiş edirəm deməyin apar pulunu (rüşvətini) ver işini gör…

Şahbaz Xuduoğlu

Tacxeber.com

Oxşar xəbərlər

Özü isə onun, polislərin Qarabağ müharibəsi əlillərini döyməsini çəkib yaydığına görə cəzalandırıldığını deyir.

admin

Kurskda Ukraynadan darmadağın: Rus ordusunun müdafiəsi yarıldı

admin

Rusiyanın yeni itkiləri açıqlandı

admin