DünyaGündəmMuharibə

Bir könüllünün faciəsi və müharibə kölgəsində ədalət sualı

Ukraynada belə bir olay baş verib. Qəribə olsa da məni təəccübləndirmir..

Deməli, 2022-ci ilin martında, yəni genişmiqyaslı müharibə başlayandan sonra, Finlandiyadan Mustonen Mikael adlı bir gənc gəlir Ukraynada könüllü kimi yardımda iştirak etməyə. Hətta Finlandiyada mexanik kimi çalışdığı müəssisədə işini buraxıb, bütün maaşını və sığortasını toplayıb gəlir ukraynalılara dəstək olmağa.

O vaxtdan 2025-ci ilin may ayına qədər volonter kimi həm əhalinin təxliyəsində, həm də hərbçilərə və qaçqınlara yardımlar çatdırmaqda könüllü olaraq fəal olur. Bu müddətdə də daim Finlandiyadan bura yardımlar çatdırır, Ukraynada bunu fəal paylayır. Ötən ilin mayında, Xarkovdan Kiyevə yardım üçün qayıdarkən, çiskin havada görməyib (məhkəmə materiallarına əsasən) Poltava ərazisində yol kənarında başqa avtomobilin sürücüsünü vurur. Yəni, o sürücü maşını saxlayıb, yol tərəfdən qapını açıb təkərindəki nasazlığı yoxlayırmış. Mikael də onu görməyib vurub. Amma hadisə yerindən qaçmayıb, tez düşüb ilkin yardım göstərərək xəstəxanaya çatdırıb. Amma təəssüf ki, zərərçəkəni xəstəxanada xilas etmək mümkün olmayıb, o ölüb. Mikaeli dərhal həbs ediblər təbii ki. Məlum olub ki, onun vurduğu (ölən) şəxs, Ukrayna Təhlükəsizlik Xidmətinin zabitidir. Arvadı isə Xarkovda məhkəmə hakimidir..

Qısa müddətdə keçirilən məhkəmə prosesində, finlandiyalı Mikaelə hakim 6 il iş kəsib. Üstəlik, ölən zabitin hakim arvadına ayda 450 avro təzminat da ödəməlidir. Bax belə…. Adam Finlandiyada sakit həyatını buraxıb, Ukraynaya köməyə gəlmişdi. Amma həyat heç vaxt ədalətli olmur..

Yerigəlmişkən, sosial mediada Ukrayna ictimaiyəti tərəfindən ciddi qınaq var ki, niyə məhkəmə prosesi belə tez və tələsik gedib.

 

Mübariz Aslanov

Tacxeber.com

Oxşar xəbərlər

Müxalifətçilər barədə qərarlar çıxarmış keçmiş hakim 4 min manat pensiyadan narazıdır

admin

Kadırov “xalqın atası” olur

redaktor

Zelenski ailəsinin harada olduğunu açıqladı

redaktor