27 C
Bakı
20 Avqust 2026 23:20
DünyaSiyasət

Donald Tramp siyasi məğlubiyyətlər yaşamağa davam edir: ştat-ştat, dairə-dairə.

Respublikaçılar üçün növbəti ciddi siqnal Texas ştatının Senatının SD-9 dairəsi üzrə keçirilən əlavə seçkilər oldu.

Respublikaçılar Trampın +17 % fərqlə qalib gəldiyi və 1991-ci(!!!) ildən bəri fasiləsiz olaraq Respublikaçılar Partiyasının nəzarətində olan dairədə uduzdular. Bu, demokratlar üçün uzun illər ərzində əlçatmaz hesab edilən dairə idi.

Nəticənin əhəmiyyətini artıran əsas məqam ondan ibarətdir ki, Tramp respublikaçı namizəd Li Uembsqanssı açıq şəkildə dəstəkləmiş, son günlərdə isə bu yarışla bağlı çoxsaylı paylaşımlar etmişdi. Buna baxmayaraq, keçmiş prezidentin birbaşa müdaxiləsi belə dairəni qoruyub saxlamağa kifayət etmədi.

Rehmetin qələbəsi sadəcə lokal bir uğur deyil, Trampın elektorat üzərində nəzarətinin zəifləməsinin simvoludur.

 

Kamran Cəfərov

Tacxeber.com

Oxşar xəbərlər

“Qarabağ hərəkatının məntiqi yoxdur”: Paşinyan Ermənistan hökumətinin yeni proqramını təqdim etdi

redaktor

Azərbaycan CNN-i məhkəməyə verdi: Bakının sərt cavabı

redaktor

Qurucu nəsildən texniki nəsilə: İdeoloji istiqamətlər – Təhsil mühacirətinin 3 strateji və tarixi mərhələsi

redaktor