İdman

“Qarabağ” “Nyukasl” oyunlarının vaxtı bəlli oldu

“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”a (İngiltərə) qarşı oyunlarının vaxtı açıqlanıb.

Ağdam təmsilçisi ilk matçını fevralın 18-də Tofq Bəhramov adına Respublika Stadionunda keçirəcək. Görüş saat 21:45-də başlayacaq.

Cavab qarşılaşması isə Mərkəzi Avropa vaxtı ilə fevralın 24-də, saat 21:00-da, Bakı vaxtı ilə fevralın 25-də, saat 00:00-da start götürəcək. Oyun “St James’ Park” stadionunda olacaq.

Qeyd edək ki, “Qarabağ” – “Nyukasl” pley-off cütünün qalibi 1/8 finalda “Barselona” və ya “Çelsi”yə rəqib olacaq. Sözügedən komandalar 1/8 finala birbaşa vəsiqə qazanıblar. (Qol.az)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

“Qarabağ” Çempionlar Liqasının sürpriz komandasıdır”

admin

Neymar 2 saata 1 milyon avro pul uduzdu

admin

Qurban Qurbanov: “HİK sanki ikinci “Rakuv”dur”

redaktor