24.5 C
Bakı
09 İyun 2026 15:58
DünyaSiyasət

“ABŞ digər ölkələri Venesuelada neft çıxarmağa dəvət edir” – Tramp

Amerika Birləşmiş Ştatları (ABŞ) digər ölkələri Venesuelada neft hasilatı layihələrində iştiraka dəvət edib.

Tacxeber.com xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evin Oval Kabinetində yeni fərmanları imzalayarkən bildirib.

“Venesueladakı vəziyyətlə bağlı onu deyə bilərəm ki, Karakasdakı rəhbərlik çox yaxşı fəaliyyət göstərir. Biz çox xoşbəxtik və biz çox yaxşı yola gedirik. Biz dünya ölkələrini dəvət edirik. Çox tezliklə onlar neft qəbul etməyə başlayacaqlar”,– Amerika lideri bildirib.

O, ABŞ-nin Venesueladakı əməliyyatdan qabaq bölgəyə cəlb edilmiş Amerika Hərbi Dəniz Qüvvələrinin bir hissəsinin hələ də orada qaldığını açıqlayıb.

“Onlar hələ də Venesuelanın yaxınlığındadır”, – ABŞ Prezidenti qeyd edib.

Daha əvvəl Venesuela Prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriqes bildirib ki, respublika dünyanın ən böyük neft ehtiyatlarına malik ölkə statusundan dünyanın ən böyük istehsalçısına keçməlidir və bunun üçün 2026-cı ildə 1,4 milyard dollar investisiya cəlb olunacaq.(Report)

 

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ-da siyasətdən “qaçmaq” istəyənlər üçün 4 illik dünya səyahətinə çıxan kruiz buraxılıb

admin

Rusiyanın Ukraynadakı hərbi gücü tükənmək üzrədir – ABŞ

redaktor

Fələstində İsrail casusları edam edildi

admin