11 C
Bakı
23 Mart 2026 22:47
DünyaSiyasət

Bir azdan sükut pozulacaq

Yaxın Şərq yenə alışır. ABŞ silah gətirir. İran təhdid edir.ABŞ-İran xəttində vəziyyət yenidən kritik həddə çatıb.

Vaşinqton Yaxın Şərqdə hərbi mövcudluğunu açıq şəkildə artırır: 1 aviadaşıyıcı zərbə qrupu, 8 esmines və yüzlərlə raket buraxılış sistemi artıq regionda döyüş hazırlığı vəziyyətindədir. 40 min əsgər, barmaq tətikdə. Bu, diplomatik mesaj deyil-güc nümayişidir.

İran tərəfi isə xəbərdarlıq edir: istənilən hücum “ümumi müharibə” kimi qəbul ediləcək. Yəni ritorika yox, real eskalasiya riski var.

Bu mərhələdə məsələ təkcə İranın nüvə proqramı deyil. Məsələ regionda güc balansının yenidən qurulmasıdır. ABŞ geri çəkilmədiyini göstərir, İran isə geri addım atmayacağını.

Qısası, danışıqlar bitib, raketlər danışmağa hazırdır. Diplomatiya bitəndə belə olur. Söz geri çəkilir, raketlər irəli çıxır. Bu müharibə elan edilməmiş müharibədir. Əslində müharibə gedir, əsəb müharibəsi çoxdan başlayıb. Bir azdan isə real şəkildə sükut pozulacaq. Yaxın Şərq yenidən böyük oyunun mərkəzinə çəkilir.

Ümid edək ki, Azərbaycan ən pis variantlara da hazırdır…

 

Elbəyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

NATO PA Rusiyanı terrorçu dövlət kimi tanıyıb

redaktor

Tramp–Əliyev xətti və İranın gələcəyi: Cənubi Azərbaycan üçün geopolitik pəncərə

redaktor

Putin ön xəttə gəlsəydi, əsgərlər onun  boğazını üzərdi…

redaktor