ABŞ prezidenti Donald Tramp bildirib ki, şəxsən Rusiya prezidenti Vladimir Putinə həddindən artıq aşağı temperatur şəraitində Kiyevə və Ukraynanın digər şəhərlərinə hücum etməmək üçün müraciət edib.
Tramp deyib: “Mən şəxsən prezident Putindən xahiş etmişəm ki, bu qeyri-adi soyuq zamanı bir həftə ərzində Kiyevi və digər şəhərləri atəşə tutmasın”.
Amerika liderinin sözlərinə görə, Vladimir Putin guya onun xahişini qəbul edib.
Dərc olunduğu zaman Rusiya tərəfindən rəsmi təsdiq yox idi.
