20 C
Bakı
22 Oktyabr 2026 22:47
Dünya

Kadırov qisas vəd etdi: “Onlar bizi ”dişlədilər”, biz isə onları məhv edəcəyik”

Çeçenistan rəhbəri Ramzan Kadırov Vladimir Putin adına Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetinə PUA hücumuna cavab olaraq qisas alacağını vəd edib.

Tacxeber.com TASS-a istinadən xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında deyib.

“Onlar bizi ”dişlədilər”, biz isə onları məhv edəcəyik. Onların heç yuxularında belə görmədiyi qisası yaxın gələcəkdə alacağıq. Heç kimin bizimlə zarafat etməsinə icazə verməyəcəyik”.

Qeyd edək ki, Ukrayna ordusu bu gün səhər saatlarında Vladimir Putin adına Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetinin Çeçenistanın Qudermes şəhərində yerləşən binasına dronla hücum edib.

Tacxeber.com

Oxşar xəbərlər

Yaponiyanın demoqrafik faciəsi

redaktor

Rusiya və Ukrayna arasında zərbələr endirilib, itkilər var

redaktor

KONSPİROLOGİYA…..

redaktor