13 C
Bakı
24 Mart 2026 16:49
DünyaSiyasət

“Lampa” Respublikası və ya Naxçıvanda tez-tez yaşanan siyasi böhran

Naxçıvandan aldığım digər maraqlı məlumata görə, Ali Məclisin Aparat rəhbəri Ülvi Hüseynli “öz xoşuyla” istefa ərizəsi yazmayıb. Əksinə, istefa ərizəsi yazmamaq üçün xeyli dirəşib. Və bu dirənişinin nəticəsində hakimiyyət ömrünü bir neçə gün uzatmağı da bacarıb.

Daha maraqlı məqam budur ki, layiqli adam tapılmadığı üçün Naxçıvan Ali Məclsinin sədri vəzifəsini icra edən Bəxtiyar Məmmədov (həqiqi vəzifəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini) da Ülvi Hüseynlinin siyasi ömrünün 1 gün uzanmasında əlindən gələni əsirgəməyib. Ən azı bir gün onun işdən azad olunması barədə sərəncamı imzalamaqdan imtina edib. Sonunda paytaxtdan gələn gözağartması nəticəsində Bəxtiyar müəllimin dirənişi qırılıb və ertəsi günün sonunda nəhayət ki, ondan gözlənilən imzanı atıb.

İddialara görə, bu, Bəxtiyar müəllimin ilk üsyanı deyil. O, bir neçə dəfə yeni xüsusi nümayəndənin məsləhəti ilə hazırlanmış sərəncamları imzalamaqda problemlər yaradıb. Sonunda paytaxtın dövriyyəyə girməsi ilə siyasi böhran öz həllini tapıb.

Vallah, halaldır Naxçıvana. Həqiqətən də üsyankar şəhərdir. Adi bir sərəncama imza atmaq belə bəzən cəsarətli üsyanlarla nəticələnir. Lap məşhur tapmacada deyildiyi kimi, “bapbalaca boyu var, dam dolusu toyu var”. Qorxuram bu gedişlə gələcəkdə adını dəyişib “Lampa respublikası” qoyalar.

Bu yerdə yadıma qədim mahnılardan biri düşdü:

“İşıqlıdır lampaları kolxozun”

 

Heydər Oğuz

Tacxeber.com

Oxşar xəbərlər

Ramzan Kadırov buna görə susur və planlar qurur – SENSASİON DETALLAR

redaktor

Kiyevə uçan bütün dronlar vuruldu!- Rusiya daha 1360 əsgər və 8 tank itirdi…-RƏSMİ

admin

Azərbaycanın Xocalı soyqırımı ilə bağlı göndərdiyi məktub BMT-nin rəsmi sənədi kimi yayıldı

redaktor