DünyaGündəmSiyasət

Ərdoğanın üçtərəfli sammit təklifi: İran böhranında yeni mərhələ

Məlumata görə Türkiyə Prezidenti T. Ərdoğan ABŞ Prezidenti Donald Trampa İran ətrafında yaranmış vəziyyətdən çıxış ilə bağlı, üçtərəfli sammitdə danışıqlar keçirilməsini təklif edib. Bu barədə Türkiyə rəsmi nəşrləri xəbər yayıb.

Qeyd edilib ki, bu təklif yanvarın 27-də Türkiyə və ABŞ liderlərin arası danışıqda səsləndirilib. Və bildirilir ki, Tramp bu təklifin müzakirəsinin proseslər gedişində mümkünlüyünü ifadə edib. Bu həftə İranın Xİ naziri Əraqçi Türkiyəyə səfər edir, böhran həllinə Türkiyənin qarışması üçün.

Ərdoğanın bu təşəbbüsü müsbətdir və lazımlı idi, xüsusilə də bu an İran ətrafında baş verən böhrana Türkiyə laqeyd qala bilməzdi. Əvvəla, Türkiyə İranla “qapıbir” qonşudur. Oradakı hər hansı siyasi, ictimai hərbi titrəmə və dəyişiklik Türkiyəyə təsirsiz ötüşməz. İkincisi də, İranda ümumən 42 milyon türk milli çoxluğu yaşayır. Bu an Türkiyə onların taleyinə laqeyd qalmaz.

Ancaq, iş ondadır ki, Tramp İranla danışıqlara hansı şərtlərlə gedər? Hansı ki, İranın yüksək rəsmiləri ABŞ-ın şərtlərini çox ağır adlandırır. Bu şərtlər birmənalı Xamenei və onun molla elitasının hakimiyyətdən istefalı çəkilməsidir. İranın yeni mütərəqqi hakimiyyətlə davamıdır.

Bununla da, İran regiona terror, təxribat yayan molla rejimi quruluşundan sivil, dünyəvi, İran xalqının və regionun firavan yaşayışına mane yox, dəstəkli demokratik dövlətə çevrilməlidir. İranda Hakimiyyət, Pezeşkian kimi mütərəqqi islahatçılara ötürülməlidir ki, bütün idarəetmə sistemi transformasiyası və ali liderin rolunun respublika institutlarına keçidi tam reallaşsın.Bəs molla rejimi bu şərtlərə getməsə? O halda, İrana hərbi müdaxilə və daxildə kütlə coşqusu, nəticədə, Xameneinin aqibəti Səddam Hüseyn, Müəmmar Qəddafi ya Maduronun çox dəhşətli sonluğu ilə bitə bilər. Ən yüngül halda, Əsədin, Yanukoviçin aqibəti kimi, Moskva ətrafında bu cür, terror mahiyyətli diktatorlara ayrılan “kənd”.

P. S.
7-ci əsr cəhalət qaydalarını 21-ci əsrdə tətbiqlə tarixin təkərini geriyə döndərmək ideyalı, böyük bir ölkəni “Mehdi gəlir” nağılları, “Aşurə” təbliğli “özünüdöydürmə” səhnələri ilə idarə edən və bu gerizəkalı idarəetməni, əhalini zülmətəsalmani hələ, xaricə “inqilab ixracı” ilə daşımaq istəyən Xomeynizm rejimi getməlidir. Xoşluq, ya zorla.

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

Çin süni intellekt üçün “vahid superkompüter” qurdu- Ölkə boyu nəhəng şəbəkə işə düşdü

redaktor

Ukrayna ordusu daha bir kəndi azad etdi

redaktor

Dünyanın müzakirə mövzusu olan foto haqqında bir neçə söz.

admin