24.5 C
Bakı
09 İyun 2026 17:27
CəmiyyətGündəmHadisə

Azərbaycanda məhkəmə qərarı olmadan telefon və kompüterə baxış mümkün olacaq.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında Cinayət-Prosessual Məcəlləyə dəyişiklik layihəsi müzakirə edilib. Layihəyə görə, müstəntiq cinayət prosesi çərçivəsində məhkəmə qərarı olmadan telefonlar, kompüterlər və digər elektron cihazlara baxış keçirə biləcək, o cümlədən onların yaddaşındakı məlumatları götürə biləcək.

Dəyişiklik layihəsi istintaq üçün vacib sübutların toplanmasını sürətləndirmək məqsədi ilə əsaslandırılır və müstəntiqə daha geniş səlahiyyətlər verilməsini nəzərdə tutur.

Qanun layihəsinə əsasən, cihazlara baxış zamanı müstəntiq mütəxəssis köməyi ilə İKT sistemlərinə daxil ola bilər, elektron verilənlərə baxış və götürmə əməliyyatlarını məhkəmə qərarı olmadan həyata keçirə bilər.

Layihə ilə həmçinin xidmət provayderlərində saxlanılan abunəçi və trafik məlumatlarının ələ keçirilməsində məhkəmə qərarının tələb olunmayacaq halları müəyyən ediləcək. (Arqument.az)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Türkiyə futbolunda şok olay – «Ankaragücü»nün prezidenti baş hakimə hücüm etdi – VİDEO

admin

Deputat: “Qərbi azərbaycanlılar ya öz yurduna qayıdacaq, ya da dünyanı o yurdlarda yaşayan ermənilərin başına dar edəcək”

redaktor

Qadınlar heyvan kəsə bilərlər? – AÇIQLAMA

admin