15 C
Bakı
24 Mart 2026 13:25
DünyaGündəmSiyasət

Danimarkanın ABŞ-a ada satmaq təcrübəsi var

I Dünya Müharibəsi zamanı ABŞ Karib dənizindəki təsirini gücləndirmək qərarına gəldi və Danimarka Vest-Hind adaları kimi tanınan əraziyə göz dikdi.

1916-cı ilin ortalarında ABŞ hökuməti həmin adalara görə Danimarkaya $25 milyon qızıl təklif etdi. Danimarka az gəlir gətirən müstəmləkəsini satmağa tez bir zamanda razılaşdı.

Həmin ilin dekabrında adaların ABŞ-a satılmasına dair yalnız metropoliya (Danimarka) sakinləri arasında referendum keçirildi. Nəticə: 283.670 səs lehinə, 158.157 səs əleyhinə. Müstəmləkə sakinlərinin (~27 min nəfər) fikri heç kimi maraqlandırmadı.

Daha sonra Danimarka parlamenti müqaviləni təsdiqlədi və 31 mart 1917-ci ildə adalar rəsmi olaraq ABŞ-a satıldı.

ABŞ 3 böyük adadan – Sent-Tomas, Sent-Con və Sent-Krus, eləcə də çoxsaylı kiçik adalar və riflərdən ibarət olan indiki Amerika Virgin adalarını əldə etdi.

Beləliklə, Karib dənizinin bu kiçik hissəsi Danimarka müstəmləkəsindən ABŞ ərazisinə çevrildi.

 Yeri gəlmişkən:
Virgin adaları arasında 31 hektar ərazisi olan Kiçik Sent-Ceyms adası da var. 1997-ci ildə həmin ada $10,7 milyona amerikalı maliyyəçi Cefri Epşteynə satıldı. Epşteyn adasında isə “dünya elitasının” azyaşlı uşaqlarla nələr etdikləri indi hamıya bəllidir.

Qrenlandiya da satılacaq və oranın da öz Epşteyni tapılacaq.

 

Asif Şəfəqqətov

Tacxeber.com

Oxşar xəbərlər

“Həmin Lavrov bir neçə il bundan öncə demişdi ki…” – Rus nazirin fikri nədir ?

admin

Ukrayna ordusu rus ordusuna yenə imkan vermədi

admin

Zelenski: Ukrayna işğal olunan ərazilərindən imtina etməyəcək – VİDEO

redaktor