DünyaGündəmSiyasət

Şamda qələbə: Türkiyənin regional güc sınağı

Heç bir şişirtməyə yol vermədən söyləmək mümkündür ki, gəlinən nöqtədə Suriyadakı uğurun tək memarı  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandır. Suriya vətəndaş müharibəsi Ərdoğanın siyasi karyerasının mühüm bir hissəsinə təsadüf etdiyi kimi, təsirlər də qaçınılmaz oldu.

Türkiyəyə gələn qaçqın ordusu bəzən yerli seçkilərdə reytinq daralmasına gətirib çıxardı, müxalifləri onu Suriya siyasətinə görə amansız şəkildə tənqid etdilər, hətta istefa verməsini istəyənlər belə oldu. ABŞ-ın Suriyada PKK-nı dəstəkləməsi səbəbindən müttəfiq Vaşinqtonla yol ayrışmasına gəlindi, Rusiya ilə müharibə həddinə çatan olaylar yaşandı, bütün Qərb ona qarşı idi, amansız sanksiyalar tətbiq edildi.  Ancaq, o , strateji səbrlə bir gün də olsun Suriya politikasından vaz keçmədi.

Və ən nəhayətində Şamda qazandı. Şamda qələbə ilə də yetinmədi, PKK-nı doğulduğu Suriya torpaqlarında dəfn etdi. Əlbəttə, bu şərhi oxuyan bəzi insanlar ABŞ-ın Trampdan sonra politika dəyişikliyinə getməsi və sairə regional faktorları sadalaya bilər. Ancaq, bu faktorlar yardımçı səbəblərdir və hətta bu yardımçı faktorların formalaşmasında belə Türk dövlət ağlı və Ərdoğanın liderlik vizyonunun böyük rolu var!

Ruslan Bəşirli

Tacxeber.com

Oxşar xəbərlər

Bəxtiyar Hacıyev cəzaçəkmə müəssisəsində qeyri-insani rəftara məruz qaldığını bildirir

admin

“Qulaq as, sənin üçün vaxtımız yoxdur”: Şoyqu Avropanı hibrid müharibə ilə hədələdi

redaktor

İran sərhədə raket yığır? Foto, iddia və Azərbaycanı müharibəyə bağlayan ehtimallar

redaktor