DünyaSiyasət

Orban öz ampluasında, Sibiqanın cavabı gündəmdə…

Orban:”Düşünürəm ki, qarşıdakı 100 il ərzində Macarıstanda ukraynalıların Avropa İttifaqına üzvlüyünü dəstəkləyəcək bir parlament olmayacaq”.

Ukraynanın xarici işlər naziri Sibiqa”:”Bu plan iflasa məhkumdur, cənab Baş nazir. Moskvadakı SAHİBİNİZ 100 il yaşaya bilməyəcək, hətta ona bütün orqanlarınızı qurban verməyə hazır olsanız belə. Ukraynanın Aİ-yə daxil olduğu gün isə bu bəyanatınızı Ali Radada çərçivəyə salacağıq ki, növbəti 100 il ərzində sizin yalanınızı xatırlayaq”.

Qeyd edək ki, aprel ayında Macarıstanda parlament seçkiləri keçiriləcək və hal-hazırda keçirilən bütün sorğular Orbanın partiyasının məğlub olacağını göstərir(təbii ki, seçkilərə yaxın dəyişə də bilər, amma indiki göstəricilər Orbanın lehinə deyil).

 

Kamran Cəfərov

Tacxeber.com

Oxşar xəbərlər

“Qulaq as, sənin üçün vaxtımız yoxdur”: Şoyqu Avropanı hibrid müharibə ilə hədələdi

redaktor

İran sərhədə raket yığır? Foto, iddia və Azərbaycanı müharibəyə bağlayan ehtimallar

redaktor

Növbəti U dönüşü

redaktor