Cəmiyyət

İsa Həbibbəyli çətir tutan şəxsi işdən çıxarıb?

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.

Ziyarət zamanı AMEA əməkdaşlarından birinin İsa Həbibbəyliyə çətir tutması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Tacxeber.com xəbər verir ki, CityPost.az saytının yazdığına görə, həmin şəxs artıq işdən çıxarılıb.

“İsa Həbibbəyli ona çətir tutan şəxsi vəzifəsindən azad edərək başqa vəzifəyə keçirib. Səbəb kimi isə göstərilib ki, onun bu davranışı İsa Həbibbəylini ictimaiyyətin qınağına tuş gətirib”,- sayt yazır.

Qeyd edək ki,sözügedən şəxs AMEA Rəyasət Heyətinin elmi katibi Coşqun Məmmədovdur.

Tacxeber.com

Oxşar xəbərlər

Mübariz Əhmədoğlu: “Şiələrimiz Azərbaycan hökmdarını həm də özlərinin dini lideri kimi qəbul etməlidirlər”

redaktor

Avrovağzalda növbəti biabırçılıq burada: qanunlara üz çeviriblər – VİDEO

admin

“Xocalı qatili” Azərbaycandan necə qaçdığından danışdı: “Gördüm ki, heç kim yoxdur…”

admin