DünyaGündəmMuharibəSiyasət

Soyuqda boğulan Ukrayna, susan dünya

Ukraynanın enerji şirkəti DTEK işğalçı Rusiya ordsunun bu gecə Odessaya endirdiyi zərbə nəticəsində zədələnən enerji obyektinin görüntülərini yayımlayıb.

Şirkətin məlumatına görə, hücum nəticəsində 30,8 min ailə hazırda elektrik enerjisiz qalıb. DTEK bildirir ki, obyektə dəyən ziyan ciddi xarakter daşıyır və bərpa işləri uzun vaxt tələb edəcək.
Hazırda Ukraynada temperatir -10 dərəcdən aşağıdır. Rusiya dinc əhalini soyuqda-şaxtada məhv etməklə Ukraynanı təslim olmağa vadar etməyə çalışır. Gözümüzün qabağında bir xalqa qarşı ən dəhşətli cinayətlərdən biri işlənir…

Tramp isə gah Maduronu oğurlayır, gah Qrenlandiyanı işğal edəcəyi ilə hədələyir, gah da Sülh Şurası adı ilə bazar açıb 1 milyarddan polka satır. Utanmadan işğalçı Putini də ora dəvət edib!!! Arada Zelenskini də təslim olmadığına görə söyüb yamanlayır, nəticədə işğalçı Rusiya üçün böyük meydan açılıb…

Avropa da qalıb bilmir neynəsin, Pavlovun iti kimi vurnuxur, axırda ürəyi partlayacaq.
Dünya olmadığı qədər rüsvayçı durumdadır, çünki ona yön verənlər hədd bilməyən soyuqqanlı işğalçılardır…

 

Elçin Rüstəmli

Tacxeber.com

Oxşar xəbərlər

Murtuza Muxtarovun tikdiyi arxitektur binanı görün nə hala saldılar — FOTOLAR

redaktor

Yeganə maneə HƏMAS-dır – Netanyahu

redaktor

Makron idman zalındakı fotosuna görə ələ salındı: “Putinlə döyüşə hazırlaşır”

redaktor