22.1 C
Bakı
07 İyun 2026 11:48
DünyaSiyasət

Qəddafinin qızı İran xalqına müraciət edib – “Sizi xəbərdar etmək istəyirəm…”

“Ey dözümlü və azadlığı sevən İran xalqı! Sizə ağrı və xəyanətlə dolu bir qəlbdən müraciət edirəm.

Mən, öz ölkəsinin dağılmasını Qərbin aldatıcı gülümsəmələri və yalan vədləri səbəbindən yaşamış bir qadının səsiyəm. Sizi xəbərdar etmək istəyirəm: imperialistlərin aldatıcı sözlərinə və şüarlarına inanmayın”.

Tacxeber.com xəbər verir ki,bunu Liviyanın öldürülmüş lideri Müəmmər Qəddafinin qızı Aişə Qəddafi İran xalqına müraciətində deyib.

Aişə Qəddafi vaxtı iləLiviya xalqının da aldadıldığını bildirir: “Bir zamanlar onlara belə demişdilər: “Əgər nüvə və raket proqramlarınızdan imtina etsəniz, dünya qapılarını sizə açacaq.”

Atam, xoş niyyət  və dialoqa ümid edərək güzəştləri seçdi. Amma nəticədə biz NATO-nun bombalarının ölkəmizi xarabaya çevirdiyini gördük. Liviya qana batdı, və xalqımız kasıbçılıq, sürgün və dağılmış dövlətlə üz-üzə qaldı”.

Aişə Qəddafi Qərbin İranda həqiqi azadlıq və ləyaqətli həyat istəmədiyini iddia edib: “Düşmənə güzəştə getmək yalnız dağıntı, bölünmə və əzab gətirər. Qurdla danışıqlar qoyunu qurtarmayacaq, və əsl sülh gətirməyəcək; bu, yalnız növbəti yemək vaxtını müəyyən edər. Tarix sübut edir ki, Kubadan Fələstinə qədər, möhkəm dayananlar qəhrəmanlar kimi dünyanın qəlbində yaşayıb və tarixdə şərəflə, qaliblər kimi xatırlanırlar. Təslim olanlar isə külə çevrilib və adları unudulub”. (Azpolitika.info)

 

Tacxeber.com

Oxşar xəbərlər

Tramp: “ABŞ olmadan Kanada “yararsız ölkə” olacaq”

redaktor

Daxili mətbəx: Respublikaçı partiyasında yeni intriqalar – Kamran Cəfərli

admin

“Qazprom” “Şimal axını”nı dayandıracaq

admin