24 C
Bakı
13 Oktyabr 2026 17:23
DünyaSiyasət

Netanyahu Trampın Ərdoğanı Qəzza Sülh Şurasına dəvət etməsindən narazıdır.

İsrail Baş naziri Binyamin Netanyahunun ofisi bildirib ki, Qəzza İdarəetmə Şurasının tərkibi İsrail tərəfindən razılaşdırılmayıb və onun siyasətinə ziddir.

Bəyanatda deyilir: “Sülh Şurasına tabe olan Qəzza İdarəetmə Şurasının tərkibinin elan edilməsi İsrail ilə əlaqələndirilməyib və onun siyasətinə ziddir”. Ofis əlavə edib ki, Netanyahu “xarici işlər naziri [İsrail nümayəndəsi Gideon Saara] bu məsələni ABŞ dövlət katibi [Marko Rubio] ilə müzakirə etməyi tapşırıb”.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı beynəlxalq “Qəzza Sülh Şurası”nın təsisçilərindən biri olmağa dəvət etmişdi.

 

Tacxeber.com

Oxşar xəbərlər

Ərdoğanın və Türkiyənin mənəvi haqqı varmı?

redaktor

Cavad Zərifdən diqqətçəkən açıqlama: “Azərbaycanı niyə təhdid kimi görürük?”

redaktor

Qara dənizdə iki gəmiyə dron hücumu nəticəsində səkkiz Azərbaycan vətəndaşı yaralanıb

redaktor