15 C
Bakı
22 Aprel 2026 20:33
DünyaGündəmSiyasət

“Etirazlar zamanı bir neçə min insan qətlə yetirilib”- Xamenei təsdiqlədi

İranın ali dini lideri Ayətullah Əli Xamenei ölkədə davam edən kütləvi etiraz aksiyaları zamanı minlərlə insanın həyatını itirdiyini təsdiqləyib.

Bu barədə dini lider özünün “X” hesabında etdiyi paylaşımda bildirib.

Xamenei baş verən qanlı hadisələrə görə birbaşa xarici qüvvələri ittiham edərək, etirazlar zamanı “bir neçə min insanın” qətlə yetirildiyini qeyd edib. O, qətllərin və iğtişaşların ABŞ və İsrail tərəfindən planlaşdırıldığını və həyata keçirildiyini iddia edib.

Ali lider həmçinin aksiyalar zamanı dövlət və din obyektlərinə dəymiş ziyanın miqyasını da açıqlayıb. Onun sözlərinə görə, vandallıq aktları nəticəsində ölkə üzrə 250 məscid, habelə 250-dən çox təhsil və elm mərkəzi ciddi dağıntılara məruz qalıb. O, sözügedən hərəkətləri “İslam dəyərlərinə və dövlətçiliyə qarşı xəyanət” adlandıraraq, təhlükəsizlik qüvvələrini asayişi bərpa etmək üçün daha qətiyyətli olmağa çağırıb.

Xatırladaq ki, İranda dekabrın sonundan başlayan etiraz dalğası iqtisadi çətinliklər və milli valyutanın dəyərdən düşməsi fonunda alovlansa da, qısa müddətdə siyasi xarakter alıb. Beynəlxalq insan haqları təşkilatları isə itkilərin sayının artmasından narahatlıq ifadə edərək, rəsmi Tehranı nümayişçilərə qarşı güc tətbiqini dayandırmağa çağırırlar.

 

Tacxeber.com

Oxşar xəbərlər

Ərdoğan İbrahim Tatlısəslə mahnı ifa etdi

redaktor

Azərbaycanlıların Zəngəzura dönüş şansı böyükdür – Rusiyalı ekspert

redaktor

UTX-nin “Alfa” qrupu Rusiyaya məxsus 15 təyyarə, üç helikopter, bir nəqliyyat təyyarəsini məhv edib

redaktor