DünyaSiyasət

İran da daxil olmaqla bölgə ölkələri ya federallaşacaq, ya da bölünəcəklər

Donald Trampın İranda teokratik rejimə qarşı üsyan edən etirazçılara divan tutan ayətullahları sərt cəzalandıracağı ilə bağlı vədi hələ gerçəkləşməsə də, bölgənin gələcəyinə mühüm təsir edən üç hadisə baş verib.

Donald Trampa ən yaxın senator, 2028-ci il prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi ola biləcək üç şəxsdən biri olan senator Lindsi Qrem Suriyada kürdlərə qarşı keçirilən əməliyyatla bağlı Türkiyə və Suriyanı təhdid edib. Əhməd əş-Şaara hökumətinə və Türkiyəyə müraciət edən senator Qrem azlıqlara qarşı insan haqlarının pozulmasının qəbul edilməyəcəyini vurğulayaraq ABŞ-ın cavabının sərt olacağını bildirib. “Suriya hökumətinə və Türkiyəyə çağırışım budur: Seçiminizi ağıllı şəkildə edin”.

Donald Trampa ən çox təsir etmək imkanına malik üç şəxsdən biri olan senator Qremin bu açıqlaması onu göstərir ki, Suriyanın unitar dövlət olması mümkün deyil. Suriya ya federallaşacaq, ya da bölünəcək.
Suriyanın bölünəcəyi ehtimalını artıran və bölgənin gələcəyinə mühüm təsir edən ikinci hadisə Suriyadakı druzların lideri şeyx Hikmət əl-Hicrinin İsrailin “Yedioth Ahronoth” qəzetinə müsahibəsidir. Şeyx Hikmət əl-Hicri bəyan edib ki, druzlar muxtariyyət yox, tam müstəqillik istəyirlər. İsrailin druzları “Əl-Qaidə”nin birbaşa davamı olaraq qurulan İŞİD tipli bir hökumətin soyqırımından xilas etdiyini bildirən Hikmət əl-Hicri bildirib ki, əvvəlki rejimdən daha qəddar olan indiki rejim yalnlız druzları deyil, həm də onlara bənzəməyən bütün azlıqları aradan qaldırmaq istəyir.

İranın da daxil olduğu bölgənin gələcəyinə mühüm təsir edən üç hadisə siyasi islamın ən radikal cəryanı hesab olunan Müsəlman Qardaşlarının Misir, Livan və İordaniya qollarının terror təşkilatları elan edilməsidir. ABŞ Dövlət Katibi Marko Rubio bu addımın Müsəlman Qardaşlarının zorakı və sabitliyi pozan fəaliyyətlərinin qarşısını alması istiqamətində ilk addım olduğunu, Müsəlman Qardaşlarının terror fəaliyyətlərin qarşısının alması üçün Vaşinqtonun bütün mövcud vasitələrdən istifadə edəcəyini bəyan edib. Qərb mətbuatında yer alan ekspert rəylərinə görə, Müsəlman Qardaşlarının Misir, Livan və İordaniya qollarını terror təşkilatları elan edilməsi Misir, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyin gözləntilərinə cavab olmaqla yanaşı Türkiyə və Qətərə təhdid mesajıdır.

Vaşinqtondakı ekspertlər bu hadisənin Müsəlman Qardaşları ilə “dərin və köklü ideoloji yaxınlığı” olan Prezident Rəcəb Tayyib Ərdoğana əhəmiyyətli bir mesaj olduğunu qeyd edirlər. Bu çox həsas mövzu olduğu üçün başqa bir məqalədə ətraflı yazmağa çalışacağçam. Hələlik isə onu qeyd edim ki, Türkiyənin hədəfə çevrilməsi hər ötən gün daha da artır.

İrak, Suriya, İran və Türkiyənin federallaşması, yaxud da bölünməsinə aparan proseslərin mərkəzində duran İrana qarşı hərbi əməliyyatın uzun müddətli bir müharibə olacağı ilə bağlı fikirlər var. Hərbi əməliyyatların da bu səbəbdən ləngidiyi ehtimal edilir.

İranın və bölgə ölkələrinin böyük dəyişiklik ərəfəsində olduğu bir zamanda Güney Azərbaycanı teokrartik rejimə itaətə çağıranların mövqeyi bütün Azərbaycan xalqına qarşı düşmənçilikdir. Bu yanaşma Güney Azərbaycanın çökməkdə olan teokratik rejimin daağıntıları altında qalmasına səbəb olacaqdır. Ona görə də belə çağrış kimdən gəlməsinə baxmayaraq düşmən sözü olaraq qəbul edilərək rədd edilməlidir!

 

Xəqani Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

İranda nazir qəzaya düşdü

admin

İsrailin müdafiə naziri:

redaktor

Daha 7 ölkə vətəndaşlarının ABŞ-yə girişi yasaqlandı

admin