DünyaSiyasət

ABŞ və Avropa İrana qarşı yekdil qərara gəlib.

Almaniya kansleri Fridrix Merz İranda qurulan “rejimin” sonunun yaxınlaşmasından danışıb. Onun Hindistana səfəri zamanı dedikləri sitat gətirilib:

“Əgər bir rejim yalnız zorakılıqla hakimiyyətdə qalırsa, deməli, faktiki olaraq artıq, sona çatıb. İnanıram ki, biz indi bu rejimin son günlərini və həftələrini görürük”, Merz açıq bəyanatla deyib.
Merz İrandakı dinc etirazçılara qarşı zorakılığı qətiytlə pisləyib. Və o, İran xalqının İran rejimi rəhbərliyini qanuni hesab etmədiyini söyləyib.

Bu vacib məsələ ilə bağlı ABŞ, Böyük Britaniya və Fransa arasında danışıqlar aparılır. “Xarici işlər nazirləri İranda qanuni hökumətə keçidin mümkünlüyünü təmin etmək üçün, biri-biri ilə sıx əlaqədədirlər.” Daha əvvəl ABŞ səfiri İrana Trampın təmkininin sonsuz olmadığını bildirib.

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

Amerikalılar Maduronu necə ələ keçirdilər? (Daha yeni, xeyli dərin və dəqiq təfərrüatlar)

redaktor

Pxenyan yenə Koreyaya zibil dolu şarlar göndərdi

redaktor

Rusiya və İran Qarabağı müzakirə ediblər

redaktor