DünyaSiyasət

Ramzan Kadirovun səhhəti ağırlaşıb

Çeçenistan rəhbəri Ramzan Kadirovun səhhətinin ağırlaşdığı bildirilir. “Ukrinform”un Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindəki mənbəyə istinadən yaydığı məlumata görə, Kadirovun böyrəkləri fəaliyyətini dayandırıb və o, Çeçenistanda özünə məxsus xəstəxanada müalicə alır. Xəstəxanaya Kadirov ailəsinin üzvləri, o cümlədən xaricdə yaşayan qohumları toplaşıb.

Məlumatda qeyd olunur ki, Kadirovun xəstəliyi fonunda Çeçenistanda mümkün varis məsələsi gündəmə gəlib. Əsas namizədlər arasında hökumət başçısı Maqomed Daudov, “Axmat” xüsusi təyinatlı alayının komandiri Apti Alaudinov və Kadirovun böyük oğlu Axmat göstərilir. Axmat Kadirov artıq baş nazirin müvəqqəti səlahiyyətlərini icra edən müavin vəzifəsinə təyin edilib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Ukrayna bu halda mövcudluğunu itirəcək – Litva

admin

Rəisinin öldüyü helikopterdə güllə izlərinə rast gəlinib? – RƏSMİ AÇIQLAMA

redaktor

Çində keçirilən ŞƏT toplantısında gözlənilməz epizodlar.

admin